Sənət hamisinin seçki zəfəri

post-img

ANAR,
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Sədri: 

– Azərbaycanın dövlət başçısı İlham Əliyevin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərin­də möhtəşəm qələbə qazanması hər bir ziyalı kimi, məni də ürəkdən sevin­dirdi. Ölkəmizdə demokratiyanın növ­bəti təntənəsinə çevrilən bu seçkilər­də hər kəs Azərbaycanın suverenlik təntənəsinə qürurla səs verdi. Cənab İlham Əliyev 4 milyon 281 min 625 seçicinin mütləq əksəriyyətinin səsini toplayaraq, böyük fərqlə qalib gəldi.

Prezident seçkilərində parlaq qələ­bə münasibətilə dövlətimizin başçısını öz adımdan, ailəm adından ürəkdən təbrik edirəm. Bu qələbə müstəqilliyi­mizin, sabitliyin, xalq birliyinin, gələ­cək sağlam inkişafımızın qələbəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğal olunmiş torpaqlarımız azad edildi, 23 saatlıq lokal antiterror tədbirlərin­də isə 200 illik ağrılı problemə son qoyuldu və tam suverenliyimiz bər­pa olundu. Dövlət başçımızın, Silahlı Qüvvələrimizin böyük sərkərdəlik mə­harəti olan Ali Baş Komandanının bu tarixi xidmətlərini xalqımız heç vaxt unutmayacaq.

İnanıram ki, möhtərəm Prezidenti­mizin rəhbərliyi ilə daha uca zirvələri fəth edəcəyik!

 

Oqtay MİRQASIMOV,
Xalq artisti, “İstiqlal” ordenli kinorejissor, ssenarist:

– Mən çox xoşbəxtəm ki, fevralın 7-nə təyin olunmuş növbədənkənar pre­zident seçkilərində İlham Heydər oğlu daha bir qələbəsi ilə xalqın böyük eti­madını qazandı.

Yaşımın ixtiyar çağında sonsuz se­vincimə səbəb olan odur ki, qarşıdakı dövr ərzində də ölkəmizə mədəniyyət və incəsənətimizin böyük himayədarı, dünyada tanınan və mövqeyi ilə hesab­laşılan böyük şəxsiyyət İlham Əliyevin rəhbərlik etməsinə hamılıqla səs verdik. Qədirbilən xalqımız onun firavan həya­tını təmin edən, Qarabağ zəfəri ilə milli qürurunu qaytaran xidmətlərini layiq ol­duğu səviyyədə, yüksək qiymətləndirdi.

Mən Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Ba­kıya qayıdandan 1 il sonra ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayıb. Yəni istər o vaxtlar, istərsə də müstəqillik dövründə Ümum­milli liderin, yeni əsrin əvvəllərindən isə İlham Əliyevin milli mədəniyyətimizə diqqət və qayğısının canlı şahidiyəm. Biz kino xadimləri üçün ölkəmizdə ya­radılan münbit şəraitin sayəsində ya­radıcılıq potensialımızı daim inkişaf etdirə bilmişik. Özü də çalışmalarımız daim yüksək qiymətləndirilib. Şəxsən mən 2000-ci ildə Xalq artisti fəxri adına, 2018-ci ildə “Şərəf” ordeninə layiq görül­müşəm. Ötən il isə cənab İlham Əliye­vin sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilmişəm. Digər həmkarlarım da dövlət tərəfindən hər zaman lazımi diqqət və qayğı ilə əhatə olunublar. Bütün bun­lar bizim Vətən naminə, sənət naminə daha böyük həvəslə çalışmağımız üçün stimul olub. 

Sevimli Prezidentimizi ürəkdən təb­rik edir, dövlət və xalq naminə yorulmaz fəaliyyətində ona yeni uğurlar arzulayı­ram.

 

Siyavuş KƏRİMİ, 
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor: 

– Cənab İlham Əliyevin növbə­dənkənar prezident seçkilərində inamlı qələbə qazanması məni də ürəkdən sevindirdi. Fəxr edirəm ki, seçici kontin­gentinin çox böyük əksəriyyəti kimi, mən də fevralın 7-də sonsuz fərəhlə, xoş duyğu və düşüncələrlə bütün ölkə ərazi­sində keçirilən seçkilərdə səsimi səslərə qatmaq üçün səsvermə məntəqəsinə yollanaraq, Qarabağ Zəfərinin banisi, suverenliyimizin bərpasını təmin edən möhtərəm dövlət başçımıza səs verdim.

Mədəniyyətimizin böyük hamisi olan İlham Heydər oğlu yeni əsrdəki möh­təşəm fəaliyyəti ilə dönə-dönə sübut edib ki, o, həqiqətən də, özü dediyi kimi, hər bir azərbaycanlının Prezidentidir. Onun xalqımızın qarşısında ən böyük xidməti isə dahi bir sərkərdə kimi, 44 günlük Vətən müharibəsində Qələbə­mizi təmin etməsi, bizi dünyaya qalib millət kimi tanıtması oldu.

Ulu Öndərimizin 23 il öncə imzala­dığı sərəncama əsasən Milli Konser­vatoriyamız fəaliyyət göstərir və bu gün Heydər Əliyevin yadigarı olan bu sənət ocağının kollektivi məhz cənab İlham Əliyevin böyük qayğısından bəh­rələnərək, milli-mənəvi dəyərlərimizi zənginləşdirir, dünya musiqisinə layiq­li töhfələr verir. Bundan sonra da öz sənətimiz və əməyimizlə xalqımıza si­dq-ürəkdən xidmət göstərməyə davam edəcəyik. 

Ölkəmizin İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi rifaha, demokratik inki­şafa nail olması, rəsmi Bakının bölgədə və dünyada mövqelərinin güclənməsi danılmaz faktdır. İnanıram ki, qarşıdakı dövr də Prezident İlham Əliyevin rəh­bərliyi ilə Azərbaycan tərəqqi və inkişafı yolunda parlaq nailiyyətlərlə əlamətdar və zəngin olacaq.

Qoy, ulu Tanrı hər zaman sevimli Prezidentimizin yar və yardımçısı olsun!

Sosial həyat