Naqif Həmzəyev: “Seçicilər üçün azad seçim imkanı yaradılıb”

post-img

“Yeddi fevral prezident seçkiləri ilə bağlı proses qanunvericiliyin tələbləri çərçivəsində inkişaf edir. MSK Konstitusiya, Seçki Məcəlləsi və digər qanunverici aktlar üzrə tənzimlənən öhdəlikləri və fəaliyyəti ardıcıllıqla həyata keçirir. Seçki məntəqələrinin müasir standartlara uyğunlaşdırılması, məntəqə seçki komissiyası üzvlərinin təkmilləşdirilməsi üçün təşkil olunan treninqlər normativlərə əsasən aparılır. Seçicilər öz adlarını onlayn seçici siyahılarında tapa bilirlər. Bu tədbirlər ilk baxışdan texniki xarakter daşçısa da, seçkinin demokratik və azad keçiriləməsində əsas rol oynayan amillərdəndir”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, hazırda davam edən təşviqat mərhələsində namizədlər üçün yüksək şərait yaradılıb: “Bütün namizədlərə ödənişsiz efir vaxtı ayrılıb. Dövri mətbuatda platformalar dərc olunur. Seçicilər üçün azad seçim imkanı yaradılıb. Vətəndaşların seçkiyə münasibətdə yüksək fəallığı indidən açıq hiss olunur. İlk dəfə qalib Azərbaycan dövlətinin bütün ərazisində seçkilər keçiriləcək və bu da seçicilərdə xüsusi əhval yaradır”.

N.Həmzəyev yerli və beynəlxalq təşkilatların nümayəndələrinin seçkiləri aktiv şəkildə müşahidə etmələri mövzusuna da toxunub. Vurğulayıb ki, müşahidəçilik prosesində beynəlxalq təcrübəyə malik olan təşkilatlar yer alırlar və bu amil də seçkilərin demokratik şəraitdə keçəcəyinə yüksək əminlik yaradır. 

Sosial həyat