Xankəndində erməni silahlılarından qalmış sursatlar aşkarlanıb

post-img

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xankəndi şəhəri ərazisində yeni silah-sursatlar aşkarlanıb. 

Məlumatda qeyd edilir ki, fevralın 2-də Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 3 qumbara, 4 ədəd müxtəlif markalı tüfəng, 25 ədəd patron darağı, 23 ədəd mərmi, 1215 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

XQ

Sosial həyat