Borrell Avropanı müharibəyə hazırlaşmağa çağırıb

post-img

Borrell AB-dəki vəziyyətin fonunda bildirib ki, "sülh istəyirsənsə, müharibəyə hazırlaş"

Aİ diplomatiyasının rəhbəri Josep Borrell Avropa ölkələrindəki mürəkkəb sosial-iqtisadi vəziyyət fonunda, Ukraynaya dəstək üçün xərclərin artırılmasının asan olmayacağını etiraf edib. Lakin o bildirib ki, "sülh istəyirsinizsə, müharibəyə hazırlaş". O, bu fikirləri bloqunda yazıb.

“Mən bilirəm ki, hazırda bütün Avropa ölkələrində iqtisadi və sosial vəziyyət çox gərgindir. Və mən yaxşı bilirəm ki, bu kontekstdə Ukraynanı dəstəkləmək üçün hərbi xərcləri artırmaq, ehtiyatlarımızı artırmaq, müdafiə qabiliyyətimizi inkişaf etdirmək və müdafiə sənayemizi gücləndirmək asan olmaya bilər. Bununla belə, məhz bunu etmək lazımdır... “Si vis pacem, para bellum”, əgər sülh istəyirsinizsə, müharibəyə hazırlaşın”, - Borrell yazıb.

 

Dünya