18 yaşı tamam olmuş tələbə: “Ən layiqli namizədi seçən gənclər Azərbaycanın tərəqqisinə səs vermiş olacaqlar”

post-img

“Şadam ki, müstəqil Azərbaycan Respublikasının vətəndaşı kimi seçkilərdə iştirak etmək hüququ əldə etmişəm”. Bu sözləri secki-2024.az saytına Lənkəran Dövlət Universitetinin ikinci kurs tələbəsi Aydan Eyvazova bildirib. Aydanın bu yaxınlarda 18 yaşı tamam olub.

Tələbənin sözlərinə görə, onun yaxşı akademik göstəriciləri, davamiyyəti eyni zamanda Lənkəran Dövlət Universitetinin ictimai həyatında fəal iştirak etməyinə imkan verir:

“Mən fakültənin tələbə həmkarlar birliyi təşkilatının sədriyəm. Tələbə dostlarımın çoxu da bu il ilk dəfə səs verəcəklər. Mən artıq kimə səs verəcəyimə qərar vermişəm. Çünki ən layiqli namizədi seçən, ona səs verən gənclər Azərbaycanın tərəqqisinə səs vermiş olacaqlar". 

Son xəbərlər