Fatmayıda hərbi sursat tapılıb

post-img

Abşeron rayonunun Fatmayı kəndi ərazisində hərbi sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. 

FHN mətbuat xidmətinin məlumatına görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və yaxın ətraf ərazidə əlavə hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

P.ƏMİRCANOV
XQ



Sosial həyat