Almaniyada canlı yayımda Türk Milli Marşı ayaq ustə dinlənildi Bunu bir isviçrəli vəkil etdi…

post-img

Uzun illər Rusiya, Amerika, İtaliya və Yaponiyanın elmi tədqiqat mərkəzlərində çalışmış, 90-cı illərin əvvəllərində isə "Türk Dünyası Araşdırmaları Vəqfi"nin qurucusu professor Turan Yazqanın dəvəti ilə Türkiyəyə gələrək strateji mərkəzlərdə elmi fəaliyyətini davam etdirən türk sevdalı soydaşımız, Bilkənt Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Əmirulla Məmmədovun sosial şəbəkələrdə yaydığı bir xəbər qürür və məmnunluqla qarşılandı. Xəbərin aktuallığını nəzərə alaraq oxucularımıza təqdim edirik.

Almaniyanın ZDF televiziyasında yayımlanan “Siz mərc etmək istəyirsinizmi?” yarışma proqramına qatılan isveçrəli vəkil Maykl Sauser 188 ölkənin milli marşını oxuya biləcəyini elan edir. Onun təklifi qəbul olunur və yarışma günü münsiflər heyətinin qərarı ilə 5 ölkənin milli marşını ifa etməsi  qərarlaşdırılır. Marşı təqdim olunacaq ölkələr Çin, Misir, Tailand, Bosniya--Herseqovina və Türkiyə olur. 

Maykl Sauser ilk 4 ölkənin marşını təqdim etdikdən sonra münsiflər onun çıxışını yüksək səviyyədə bəyənir və Türkiyə Milli Marşının oxunmasına ehtiyac olmadığını elan edir. Amma Maykl Sauser qərara etiraz olaraq “madam ki, Türkiyə bayrağını seçmisiniz, Türkiyə marşını da ifa etmək istəyindəyəm”-- deyir.  

 Münsiflər heyəti və aparıçı onun tələbi ilə razışır. Orkestr hazırlığa başlayanda  Maykl Sauser salona üz tutur və yenidən təkidlə tələb edir: “İstiqlal marşı” ayaq üstə dinlənilməlidir, xahiş edirəm ayağa durun… 

Çaşqınlıq və təlatüm yaşayan zal az sonra Mayklın bu “xahiş”ini də yerinə yetirməli olur və salon onun  möhtəşəm ifasını sürəkli alğışlarla qarşılayır... 

Sözardı: Maykl Sauser İsviçrəli vəkildir. 21 sentyabr 1973-cü ildə Sürixdə doğulub. Orada ali hüquq təhsili alıb.  Müxtəlif ölkələrinin milli marşını söyləməklə dünya rekordu qazanıb. 1998-ci ildə Lozannadakı Olimpiya Muzeyində belçikalı pianoçu Gilbert de Greevenin müşayiəti ilə dünya dövlət himnlərini öz orijinal dillərində oxuduğu "Milli Himn Marafonu"nun təşkilatçısı olub və bu uğuru ilə Ginnesin rekordlar kitabına düşüb. 

Daha sonra 1998-ci ildə Maykl Sauser  “Siz mərc etmək istəyirsinizmi?” proqramında iştirak üçün münsiflər heyəti tərəfindən Frankfurta dəvət olunub. O, münsiflər heyətinin tələb etdiyi beş dövlət himnini  musiqi qrupunun müşayiət ilə ifa edib, 71 faiz səs qazanaraq yarışmanın qalibi olub. 

Onun  dünya himnlərinin orijinal dillərdə toplandığı beş CD diski  Koch Verlag tərəfindən buraxılmışdır.

Maykl Sauzer Vyanada yaşayır və opera müğənniləri üçün menecment şirkətində çalışır.

Namiq Qədimoğlu

XQ

 

Sosial həyat