20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi hazırlanıb

post-img

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi hazırlanıb.

Bu barədə  MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə “Qanlı Yanvar”, “Qara Yanvar şəhidləri”, “Yanvar təlatümü”, “Şəhidlər dastanı”, “Şəhidlər”, “Qara gündəlik”, “Qanlı yanvardan şanlı qələbəyə”, “Erməni lobbisi... Azərbaycan faciəsi”, “Azadlıq carçıları”, “20 yaşlı yanvar”, “Şəhidlərimiz – qürur yerimiz”, “20 Yanvar hadisələri. Sənədlər. Mövqelər. Şərhlər. (1990-2000)”, “Qanlı illər”, “Qanlı yaddaş”, “Dağlıq Qarabağ: tarixi faktlar, hadisələr”, “Şəhid rejissor Azər Nəsiboğlu”, “Ağla, qərənfil, ağla”, “Erməni təcavüzünün xronikası”, “Tarixin qan yaddaşı” və digər kitablar təqdim olunur.

Nəşrlərdə 1990-cı il və ondan əvvəlki illərdə Azərbaycanda gedən, son nəticədə isə 20 Yanvar hadisələrinə gətirib çıxarmış proseslər təhlil olunur, qəhrəmancasına həlak olmuş şəhidlər barədə yazılmış oçerklər, hadisələr zamanı verilmiş əmr, fərman və bəyanatlar yer alır.

Sərgidə, həmçinin Qanlı Yanvar hadisələrini əks etdirən fotoşəkillər də nümayiş olunur. Kitabxananın fondlarındakı Azərbaycan və xarici dillərdə olan nəşrlərin virtual sərgisi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil edilib.



Qan yaddaşı