Pirotexniki vasitələr satarkən yaxalanıb

post-img

Saatlıda pirotexniki vasitələrin satışını təşkil edən 2 nəfər məsuliyyətə cəlb edilib.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddə və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib. 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən 2 mağazada gizli şəkildə pirotexniki vasitələr satan şəxslər müəyyən olunub. Onlardan müxtəlif növ partlayıcı maddələr və pirotexniki vasitələr aşkar edilərək götürülüb. 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

XQ

Sosial həyat