Avtomat və tüfənglər təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Məlumatı DİN mətbuat xidməti verib. 

Dekabrın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 2 ədəd müxtəlif markalı tüfəng və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

XQ

Sosial həyat