Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası

post-img

Dekabrın 28-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib. Partiyanın şəhər və rayon təşkilatlarının sədrləri iclasda onlayn formatda iştirak ediblər.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Bu­daqov qeyd edib ki, YAP 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da Mərkəzi Seçki Komissiyasına təqdim edib.

YAP Mərkəzi Aparatının rəhbəri prezident seçkiləri ilə bağlı partiyanın İdarə Heyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq qarşıda duran vəzifələrə toxunaraq gündəlikdə duran məsələləri elan edib.

İclasda ilk olaraq seçkilərlə əlaqədar bir sıra məsələlərə baxılıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əli­yev isə MSK-nın iclaslarını müşahidə edəcək şəxs təyin edilib. Bundan əlavə, səsvermə gününədək dairə seçki komissiyala­rında, səsvermə günü Azərbaycan Respublikasının bütün əra­zisində müşahidə aparacaq şəxslərin, eləcə də səsvermə günü məntəqə seçki komissiyalarında müşahidə aparacaq şəxslərin və dairə və məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlərin təyin edilməsi barədə qərar qəbul olunub.

Sonra iclasda “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbay­can Partiyasının Tədbirlər Planının icrasının yekunlarına dair hesabat müzakirəyə çıxarılıb. Bildirilib ki, “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı olduqca zəngin, rəngarəng və çoxşaxəli olub, nəzərdə tutulan bütün tədbirlərin icrası təmin edilib. İdarə Heyətinin üzvləri müzakirələrdən sonra hesabatı təsdiqləyiblər. 

Daha sonra iclasda YAP Mərkəzi Aparatının və yerli təşkilat­larının 2024-cü il üçün gəlir-xərc smetaları təsdiq olunub. 

XQ

Son xəbərlər