“YAŞAT” Fondu əkiz qazi qardaşların tibbi xərclərini qarşılayıb

post-img

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Vətən müharibəsi əlilləri - əkiz qardaşlar Hüseyn və Həsən Həmidovların tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Qeyd edək ki, Vətən müharibəsində ölkəmizin suverenliyi uğrunda vuruşaraq ağır yaralanan əkiz qardaşlar “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Allah şəfa versin!

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar”  bölməsindən əldə etmək mümkündür.

Sosial həyat