Media özünü xarici yoluxmadan qorumalıdır

post-img

Bəzən ən böyük təhlükəni jurnalistin yanlış seçimi yaradır

Azərbaycan demokratik, hüquqi döv­lətdir. Ölkəmiz BMT, ATƏT, Avropa Şu­rası başda olmaqla, demək olar ki, bü­tün beynəlxalq təşkilatların üzvüdür və insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq müqavilələrə, pakt­lara qoşulub. Azərbaycan hər il Cenev­rədə BMT-nin İnsan Hüquqları Şurası­nın Universal Dövri İcmal mexanizmi çərçivəsində ölkədə insan hüquq və əsas azadlıqlarının müdafiəsi ilə bağlı məruzə hazırlayaraq təqdim edir.

Dünyanın bütün dövlətlərində olduğu kimi Azərbaycanda da cinayət törətməkdə təqsir­ləndirilən şəxslər istintaqa cəlb olunur, onlarla bağlı müvafiq prosedurlar yerinə yetirilir. Son­da iş məhkəmə baxışına verilir. Əgər cinayət törətdiyi sübuta yetirilərsə, təqsirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məh­rum edilir. Praktikada cinayət törətdiyi sübuta yetirilməyən şəxslərin ədalət mühakiməsində bəraət almaları faktları da var. Bundan əlavə, Azərbaycan əfv institutunun uğurla fəaliyyət göstərdiyi ölkələrdəndir.

Dünyanın bütün dövlətlərində ol­duğu kimi, Azərbaycanda da cinayət törətməkdə təqsirləndirilən şəxslər is­tintaqa cəlb olunur, onlarla bağlı mü­vafiq prosedurlar yerinə yetirilir. Sonda iş məhkəmə baxışına verilir. Əgər ci­nayət törətdiyi sübuta yetirilərsə, təq­sirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum edilir. Praktikada cinayət törətdiyi sübuta yetirilməyən şəxslərin ədalət mühakiməsində bəraət almaları faktları da var. Bundan əlavə, Azərbaycan əfv institutunun uğurla fəa­liyyət göstərdiyi ölkələrdəndir.

Azərbaycanda hamı qanun qarşı­sında bərabərdir. Cinsindən, sosial sta­tusundan və digər məqamlardan asılı olmayaraq cinayət törədən cəzasını çəkməlidir. Həmin məqam jurnalistlərə də aiddir. Jurnalist olmaq qanunları pozmağa haqq qazandırmır, hansısa şəxsi üstün duruma qaldırmır. Buna baxmayaraq, Azərbaycanda hansısa jurnalist həbs olunan kimi onunla bağlı Avropa ölkələrindəki müxtəlif dairələr tərəfindən kampaniyalar başladılır. Jur­nalistin həbsi məsələsi dövlətə qarşı təzyiqin yeni elementinə çevrilir. Avropa qurumları tələb edirlər ki, jurnalist həbs olunubsa, ona xüsusi imtiyaz tanınma­lıdır.

Əlbəttə, jurnalistin həbsi arzuolun­mazdır. Ancaq qeyd etdiyimiz kimi, qanun hamının qarşısında bərabərlik işarəsi qoyur. “Abzas Media”nın direk­toru Ülvi Həsənli, həmin nəşrin baş re­daktoru Sevinc Abbasova (Vaqifqızı) və direktor müavini Məhəmməd Kekalov barədə istintaq müddətində həbs qətim­kan tədbirinin seçilməsi də bu qəbildən­dir. Halbuki, onlar Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq, əv­vəlcədən əlbir olan qrupla törədildikdə) ilə ittiham olunurlar. Bununla bağlı me­dia sahəsinin tanınmış simalarının fikir­lərini təqdim edirik. 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “XQ”-yə bildirdi ki, əlbəttə, səbəbindən asılı olmaya­raq, istənilən jurnalistin həbsi məyusluq doğurur. Ümumiyyətlə, jurnalistin həbsi arzuolunmazdır. O cümlədən, “Abzas Media” saytının direktoru və baş redak­torunun həbsi də: “Məsələ ilk gündən Mətbuat Şurasının diqqət mərkəzində­dir. İndiki halda istər Sevinc Vaqifqızı­na, istərsə də Ülvi Həsənliyə qarşı irəli sürülmüş konkret ittihamlar var. Hər bir halda jurnalistlərə qarşı qanunun aliliyi çərçivəsində davranılmasının tərəfdarı­yam. Rəhbərlik etdiyim Mətbuat Şurası bununla bağlı çağırış da səsləndirib.”

Rəşad Məcid əlavə etdi ki, digər tərəfdən, ölkəmizi nüfuzdan salmağa çalışan, düşmən qüvvələrin sifarişini yerinə yetirən qüvvələr aktivləşiblər. Belələri hər vəchlə ölkəmizin qalib döv­lət imicinə zərbə vurmağa çalışırlar: “Mövcud xüsusda istər Ermənistanla danışıqlar masasında, istərsə də digər beynəlxalq müstəvilərdə ölkəmizi zəif salmaq niyyətləri var. Təəssüf ki, media da belə, yumşaq desəm, xoş olmayan niyyətlərin alətinə çevrilir. Ona da təəs­süf edirəm ki, bu tendensiya aktuallığı­nı saxlamaqdadır. Media azad olmalı, tərəf qismində çıxış etməməli, özünün mütərəqqi missiyasına sadiq qalmalıdır. Yaxşı olardı ki, media və jurnalist adına iddialı hər bir kəs öz üzərinə düşən mə­suliyyəti anlasın. Fikrimcə, söz azadlığı da, plüralizm də məhz bu anlayışdan, məsələnin mahiyyətinin dərkindən ke­çir”.

“Real TV”nin rəhbəri Mirşahin Ağayev jurnalistlərin həbsindən da­nışarkən dedi: “Əlbəttə ağırdır, ağ­rılıdır və mən də hesab edirəm ki, bu gənclər həbsxanada yox, azadlıqda, cəmiyyətimizin xidmətində olmalıdırlar. Amma gənclərimiz səhvlərdən, xəta­lardan da sığortalanmayıblar. Onların müxtəlif qüvvələrin təsiri altına düşmə riskləri böyükdür. Qaragüruhun qidalan­dığı zümrə də gənclərə, yeniyetmələrə bel bağlayır. Bu gün zindanda olanla­rın heç biri körpə çağında həbsxanaya düşməyi özünə arzulamayıb. Amma düşüblər, içəridədirlər… Yəni həbsdə­dirlər! Deməli, Sevinc də, Ülvi də nəzəri cəhətdən səhv, xəta, hətta cinayət edə və həbs oluna bilər”.

Mirşahin Ağayev qeyd etdi ki, jur­nalistika fakültəsini bitirməyin mətləbə, yəqin ki, az dəxli var: “Çünki Azərbay­cana qarşı çox böyük informasiya təx­ribatı aparan Sevinc Mirzəyeva (Os­manqızı) da BDU-nun Jurnalistika fakültəsini bitirib. Hansı anti-Azərbay­can oyunlarında iştirak edir, görürsü­nüz yəqin. Tək-tük başqa belə məzun­larımız da var. “Abzas Media” ilə bağlı məni bir jurnalist olaraq ən çox narahat edən əsas sual budur: Bu sayt hansı mənbə hesabına fəaliyyət göstərir? Bir vətəndaş kimi isə məni maraqlan­dıran əsas məsələ, bu saytın fəaliy­yətinin dövlətin Qarabağda qazandığı tarixi uğura səhlənkarcasına, etinasız yanaşması, hər yerdə nöqsan axtar­masının sırf psixoloji mənşəyidir. O vəsaiti hansı dövlət, hansı fond, han­sı qurum Azərbaycana qarşı buraxıb? Niyə? Dövlətdən, hüquq-mühafizə orqanlarından da gözlədiyim var: təfər­rüatlı araşdırma! Ədalətli yanaşma. Humanizmə əsaslanan tənbeh. Amma prinsipial! “Allah qapısını açsın!” tipli alqışlardan uzağam, xarakterimə bələ­dsiniz. Layiqdirlərsə, dövlət, qanun aç­sın qapılarını! Cəza veriləcəyi təqdir­də, Ülvi də, Sevinc də nəticə çıxarsın, layiqli gələcək qurucuları, layiqli rifah iştirakçıları olsunlar! Bu qədər!”

“Bizim Yol” qəzetinin baş redak­toru Bahəddin Həziyev isə “XQ”-yə bildirdi ki, noyabrın 27-də “Abzas Me­dia” saytının əməkdaşlarının apellyasi­ya şikayətlərinə baxılıb. Onun sözlərinə görə, sayt əməkdaşlarının barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib. Deməli, istintaq müddətində həbsdə qalacaqlar: “Bu qərar gözlənilməz ol­masa da, üzülməmək əldə deyil. Sö­zün açığı, ən çox da Sevinc Vaqifqızına görə təəssüflənirəm. O biri şəxslərin nə özünü, nə imzasını tanıyıram. Sevinc Vaqifqızının isə həm qələminə, həm də imzasına bələdəm. 2013-cü ilədək bizimlə birlikdə işləyib. On il əvvələ qə­dər bizimlə çalışıb. Artıq daha əvvəl də dediyim kimi, yaxşı jurnalistdir, cəsur və çalışqan reportyordur. Jurnalist təhqiqa­tını yaxşı bacarır. Sonrakı fəaliyyətini yaxından izləməmişəm. İstənilən halda gənc jurnalistlərin belə bir tale yaşama­sı mediamız, ümumilikdə cəmiyyətimiz üçün üzücüdür. Yaxşı olardı ki, onların barəsində ev dustaqlığı, başqa yerə getməmə və sair qətimkan tədbirlə­rindən biri seçiləydi. Ancaq bu olmadı, məhkəmənin qərarı başqa cür oldu. Mən əvvəl də yazmışam: jurnalistika təkcə sənət deyil, həm də taledir. Dün­yanın heç bir yerində jurnalistlər təh­lükələrdən sığortalanmayıblar. Əsgər kimi, polis kimi, bir sıra bəzi başqa riskli sahələrdə çalışanlar kimi jurnalist də təhlükə vəd edən işlə məşğuldur. Ancaq təkcə jurnalistlər üçün deyil, hər bir şəxs üçün ən qorxulusu xarici təsirlər altına düşməkdir. O zaman insanın özünə ən böyük təhlükə elə özündən, öz seçimin­dən gəlir”.

Bahəddin Həziyev qeyd etdi ki, doğrudur, istintaq olunan cinayət işi ilə bağlı hələlik rəsmi məlumat yayıl­mayıb. Ancaq media resurslarında ya­yılan araşdırmalara görə, bu həbslər xarici fondlardan alınmış qrantlarla, daha doğrusu, xarici donorların maliy­yə dəstəyi ilə Azərbaycan ərazisində həyata keçirilən layihələrlə, bağlanmış müqavilələrin ölkənin müvafiq orqan­larında rəsmən qeydiyyatdan keçiril­məməsi ilə bağlıdır: “Bu zaman, təbii ki, residiv yaranır. Belə çıxır ki, istintaq həmin qrant məbləğlərinin ölkəyə qey­diyyatdan kənar gətirilməsini qaçaqmal­çılıq kimi tövsif edib. Doğrudur, ittiham olunan gənclər özlərini təqsirli bilmirlər və bu həbsləri müstəqil jurnalistika fəa­liyyəti ilə bağlı onlara təzyiq kimi qiy­mətləndirirlər. Əlbəttə, istintaq obyektiv və ədalətli olmalı, bu məsələlərə dəqiq və dolğun cavabları verməlidir. Nəticə­nin necə olacağını zaman göstərəcək. Ancaq istənilən halda gənclərimizə, o cümlədən və xüsusilə, jurnalistlərimizə tövsiyə edərdim ki, xarici dairələrin tə­siri altına düşməmək üçün diqqətli ol­sunlar. Xarici fondlar və qeyri-hökumət təşkilatları mənsub olduqları dövlətin və ya bağlı olduqları dövlətlər qrupunun, beynəlxalq təşkilatların, yaxud trans­milli korporasiyaların və sair qüvvələrin maraqlarından kənarda işləmirlər. Onlar əgər hansısa ölkədə hansısa layihəni maliyyələşdirirlərsə, bunda öz maraq­ları və məqsədləri var. Bu da təbiidir. Ona görə kim başqa ölkənin qarşısında qanunsuz siyasi, maliyyə və sair öhdə­liklər götürürsə, öz dövlətinin qanunları ilə münaqişəyə girmiş olur”.

Baş redaktor əlavə etdi ki, xarici qü­vvələr zaman-zaman bu və ya başqa ölkənin vətəndaşlarını təsir altına sala­raq öz dövlətinə qarşı onlardan təzyiq faktoru kimi istifadə edirlər: “Bu, təkcə ayrı-ayrı şəxslərə deyil, əhali kateqori­yalarına, ictimai birliklərə, siyasi parti­yalara və sair tətbiq olunan üsuldur. Bu səbəblərdən diqqətli və ehtiyatlı olmaq, qanun müstəvisindən kənara çıxma­maq lazımdır”.

Bəli, özünün milli maraqlarını hər şeydən üstün tutan, xarici qüvvələ­rin istəklərinə boyun əyməyən, tam müstəqil xarici və daxili siyasət yürü­dən, Qarabağ iqtisadi rayonunun bütün ərazisində suverenliyini bərqərar edən Azərbaycan dövlətinin uğurları artdıqca onun dünyanın müxtəlif yerlərindəki, o cümlədən Avropadakı bədxahlarının fəaliyyəti də güclənir. Xarici dairələrin dövlətimiz əleyhinə fəaliyyətlərində za­man-zaman bəzi jurnalistlərdən istifadə etdikləri bir gerçəklikdir. Azərbaycan dövlətçiliyinə, onun bölgədə apardığı sülhpərvər siyasətə, qlobal problemlə­rin həlli istiqamətində oynadığı mühüm rola qarşı xarici dairələrin vasitə kimi jurnalistlərdən istifadə etmələri təəssüf doğurur.

 

Səxavət HƏMİD
XQ







Sosial həyat