Azərbaycan karateçiləri Parisdə keçirilən seçim yarışlarında dünya çempionatına lisenziya qazanıblar.
Mundialda ölkəmizi Roman Heydərov (kata), İrina Zaretska (68 kq – top reytinq / seçimsiz), Mədinə Sadıqova (55 kq), Turqut Həsənov (84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edəcəklər.
Yığma Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında təmsil olunub.
Qeyd edək ki, dünya çempionatı noyabrın 27-dən 30-dək Misirin paytaxtı Qahirədə keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ