Paraüzgüçülüyün inkişafına dəstək

post-img

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK) ilə Azərbaycan Üzgüçülük Federasiyası (AÜF) arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb. Bu münasibətlə hər iki qurum rəsmiləri arasında geniş tərkibdə görüş keçirilib.

Tərəflər arasında paraüzgüçülük idman növünün inkişafı, idmançılar üçün yaradılan şərait, beynəlxalq yarışlara hazırlıq və inklüziv idmanın təşviqi istiqamətində gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Memoranduma əsasən, hər iki qurum ölkədə paraüzgüçülüyün inkişafı, fiziki məhdudiyyətli şəxslərin üzgüçülüyə cəlb edilməsi, birgə layihələrin, o cümlədən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Memorandumu ARMPK-nın baş katibi Toğrul Rəhimov və ASF-nin baş katibi Oqtay Atayev imzalayıblar.

Qabil Yusifoğlu
XQ



İdman