Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi tədbirlər davam etdirilir

post-img

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə XQ-yə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1  ədəd avtomat, 3 ədəd qumbara,  3 patron darağı,  158 ədəd müxtəlif çaplı patron və 21 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat