Ağdaşda meşədə ağacları kəsən şəxslər müəyyən olunub

post-img

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan XQ-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Ağzıbir və Yenikənd kəndləri ərazisindəki meşə massivindən yaş qovaq ağaclarının kəsilməsi müəyyən olunub. 

Polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən olunub və onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilib.

Rizvan FİKRƏTOĞLU
XQ



Hadisə