Cari ilin 9 ayı ərzində 1 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb

post-img

Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində  2025-ci ilin  9 ayı ərzində 72 fakt üzrə ümumilikdə 1 ton 3 kq 375 qram narkotik vasitələr dövriyyədən çıxarılıb.

Aşkar edilən narkotiklər - 990 kq 928 qramdan çox marixuana, 10 kq 655 qram metamfetamin, 63,538 qram həşiş, 990,376 qram heroin, 206,75 qram tiryək, 363,321 qram metadon, 153, 551 qram kokain, 8,108 qram kodein və digər maddələrdir.

9 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 35-I Azərbaycan vətəndaşı, 41-i isə  əcnəbi olmaqla 76  nəfər barəsində müvafiq tədbir görülüb, 19 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa olunub. 

Bu müddət ərzində, həmçinin gömrük orqanlarının əməkdaşları tərəfindən 53 fakt üzrə ümumilikdə 1,2 kiloqrama yaxın sibutramin tərkibli güclü təsiredici maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Narkotik vasitələr 28 halda Azərbaycana gətirilərkən, 48 halda tranzit keçirilərkən, 1 halda isə ölkə ərazisində reallaşdırılan əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunub.

Gömrük orqanları tərəfindən əvvəlki illərdə aşkar edilən 50 cinayət işi üzrə qanunsuz dövriyyədən götürülmüş, ümumilikdə 5 ton 280 kiloqramdan çox narkotik vasitə və psixotrop maddənin cari dövrdə məhv edilməsi həyata keçirilib.

N.Adilqızı
XQ

Hadisə