“Azərbaycan kinosunun dili”

post-img

AMEA Nəsimi adına Dilçilik İns­titutunun tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Füzuli Mustafayevin yeni kitabı belə adlanır. 

Məlumdur ki, kinonun cəmiyyət hə­yatındakı rolu artdıqca, müxtəlif film­lərdə Azərbaycan ədəbi dilinin işləkliyi gücləndikcə bu sahədə təhlillərə zə­rurət duyulur. Azərbaycan dilinin həm yazılı, həm də şifahi formasının özünü göstərdiyi kino dilində fikrin, mənanın yaradılmasında sözlə yanaşı, başqa semiotik və qeyri-verbal vasitələr də iş­tirak edir. Tamaşaçının dünyagörüşünü artırmaq məqsədi daşıyan hər hansı te­lefilmin aparıcısı və ya kinoaktyor şifahi ədəbi dilə, onun səslənmə qaydaları­na, nitq mədəniyyətinin tələblərinə və ədəbi normalara riayət etməlidir. Buna kömək məqsədilə kitabda kino dilində vurğu, intonasiya, orfoepik normalar, şəkilçilərin, saitlərin və samitlərin tələf­füzü, danışıq üslubu, kino dili və şifahi ədəbi dil, kino dili və nitq mədəniyyəti məsələləri araşdırılıb.

Kitabın baş redaktoru professor Na­dir Məmmədli, elmi redaktoru professor İsmayıl Məmmədli, rəyçiləri filologiya elmləri doktorları Nəriman Seyidəliyev və Aslan Bayramovdur.

Ə.DOSTƏLİ 
XQ

Sosial həyat