Rafiq Ələkbər yaradıcılığının təhlili

post-img

Şair-tənqidçi Hikmət Məlikza­dənin “Rafiq Ələkbər yaradıcılığın­da ədəbi zərurət" kitabı filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun elmi redaktorluğu ilə işıq üzü görüb.

Nəşrdə şairin poetik yaradıcılığı, sənət özəllikləri araşdırılıb. Konkret misallar əsasında göstərilib ki, Rafiq Ələkbər şeirləri əsasən fəlsəfi-ideoloji mükalimələri əhatə edir. Müəllif hədəfə aldığı mövzuları bədii sanballa, dərin məna və məzmunda ifadə edə bilir. Şe­irlərdə insani bir səmimiyyət, olaylara müdrik yanaşma özünü göstərir. 

Əcəl haqlasa da hərəni bir cür,

O biri dünyaya köçlər eynidir. 

Beləcə, şair Rafiq Ələkbər həya­tı idrak məsamələrində axtarır, taleyə şans prizmasından nəzər salır və oxu­cularına Tanrı fürsətindən yetərincə bəhrələnmək barədə çağırış edir.

Ə.DOSTƏLİ 
XQ

Sosial həyat