Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun Elmi Şurasının və Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə nəşr olunub.
Lüğətin tərtibçiləri Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Svetlana Novruzova, Sima Quliyeva, Natəvan Hüseynova, Vəfa Abdullayeva-Nəbiyevadır.
Lüğətdə Azərbaycan dilində işlənən 2800 ictimai-siyasi termin toplanıb və onların izahı verilib. İctimai-siyasi leksika cəmiyyətin bütün sferalarını özündə əks etdirdiyinə görə kütləvi informasiya vasitələrində geniş istifadə olunur. Bu nəzərə alınaraq, lüğətdə ayrı-ayrı elm sahələrində işlənən terminlər toplanıb. İctimai-siyasi leksikaya cəmiyyətin müxtəlif hadisələri ilə bilavasitə əlaqədar olan siyasi-iqtisadi əlaqələr, milli azadlıq və ictimai-siyasi hadisələr, ölkənin təhlükəsizliyi, milli və beynəlxalq təhlükəsizlik, partiyaların adlarını ifadə edən termin və sözlər daxildir.
Ə.DOSTƏLİ
XQ

