Lənkəranda plov festivalı

post-img

Qədim zamanlardan Lənkəranda çəltikçilik inkişaf edib. Bölgə bu diyarın yerli istehsalı olan ətirli düyülərdən bişirilən çeşidli plovları ilə tanınıb. “Ən böyük qazan” adlı layihə çərçivəsində şəhərin Heydər Əliyev parkında keçirilən plov festivalı ənənənin davam etdiyini göstərib.

Festival “Azərsun Holding” MMC-nin təşkilatçılığı və Lənkəran Şəhər İcra Haki­miyyətinin dəstəyi ilə təşkil olunub. Şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və qonaqlar təqdim edilən şou proqramı maraqla izləyiblər. Festival çərçivəsində Almaniya, Fransa, İngiltərə, İsveçrə kimi ölkələrdə Azərbaycanın kulinariya irsini tanıdan məşhur kulinar Əliheydər Məm­mədovun hazırladığı müxtəlif növ plovlar nümayiş olunub. Bu gözəl təamları da­danlar aşpazın məharətinə heyran qalıb­lar. 

Bundan başqa, festivalda müxtəlif əy­ləncələr – uca boyluların, od püskürənlə­rin şouları təqdim edilib. Tamaşaçılara xa­tirə hədiyyələri də paylanıb. Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin çıxışları alqışlanıb. Populyar müğənnilər öz ifaları ilə tədbirə rəng qatıblar. 

XQ

Sosial həyat