“El bilir ki, sən mənimsən”

post-img

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakı Xoreoqrafiya Akademiyası ilə birgə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "El bilir ki, sən mənimsən" adlı ədəbi-bədii kompozisiya təqdim edib. 

Teatrın aktyorları Xalq şairi Səməd Vurğunun Ümummilli liderin çox sevdi­yi "Azərbaycan" şeirini, Heydər Əliyevə həsr olunmuş poeziya nümunələrini səs­ləndiriblər. Bundan əlavə Bakı Xoreoqra­fiya Akademiyasının tələbələri "Küçələrə su səpmişəm", "Alagöz", "Yeddi gözəl", "Ay Laçın", "Azərbaycan" mahnılarının sədaları altında rəqslərlə çıxış ediblər.

Qeyd edək ki, rejissoru Əməkdar ar­tist Nicat Kazımov olan tamaşada teatrın 55 aktyoru, Bakı Xoreoqrafiya məktəbi­nin isə 80-ə yaxın tələbəsi iştirak edib. Kompozisiyada Leyla Əliyevanın, Zə­limxan Yaqubun, Rafiq Yusifoğlunun, El­vin Elxanoğlunun, Qabil Ədalətin, Həsən Şirinovun, Zəminə Bayramovanın, Elşad Baratın şeirlərindən, Üzeyr Hacıbəylinin, Hacı Xanməmədovun, Eldar Mansurovun bəstələrindən istifadə olunub.

XQ

Sosial həyat