Qardaş xalqların ortaq təntənəsi

post-img

AMEA-nın Naxçıvan Bölməsində Ümummilli lider Heydər Əliyevin anadan olmçasının və qardaş Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə elmi konfrans keçirilib. 

Məclisi Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, 2023-cü il Azərbaycanda və Türkiyədə Ümummilli lider Heydər Əliyevin anadan olmasının və qardaş ölkədə cümhuriy­yət qurulmasının 100-cü ildönümünün qeyd olunması ilə əlamət­dardır. Xalqımız həm də 2023-cü ildə Azərbaycanın ərazi bütöv­lüyünün təmin olunması kimi mühüm tarixi anlara şahidlik etdi.

Bir əsrdən artıq dövr ərzində Türkiyə tarixinə nəzər salan bölmə sədri böyük sərkərdə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqının yazdığı şanlı tarixdən, İstiqlal savaşında öz tarixi torpaqları uğrunda apardıqları qətiyyətli mübarizədən, cümhuriy­yət qurulduqdan sonra Atatürkün ölkənin gələcək inkişafı üçün həyata keçirdiyi islahatlardan danışıb.

Hər iki ölkənin bir-birinə göstərdiyi dəstəkdən söz açan İsma­yıl Hacıyev qeyd edib ki, bu dostluq II Qarabağ müharibəsində daha da aydın göründü. 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi qardaş ölkə ilə həm də müttəfiqliyimizin bəyanı oldu. Akademik çıxışı zamanı iki ölkənin birgə həyata keçirdiyi layihələrdən, onların səmərəliliyindən və icrası nəzərdə tutulan işlərdən bəhs edib.

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Türkiyə və Azərbaycanın sarsılmaz bağlarla bir-birinə bağlandığını söylə­yib. Baş konsul yaxın tarixdə ölkələrimiz arasında inkişaf edən siyasi, iqtisadi və mədəni münasibətlərdən danışıb. 

Konfans hər iki yubileylə bağlı məruzələrin təqdimatı ilə da­vam edib.

XQ

Sosial həyat