İstiqlal carçısı – Xəlil Rza Ulutürk

post-img

21 Oktyabr Xalq şairi Xəlil Rza Ulutürkün do­ğum günüdür. Yaşasaydı, 91 yaşı olacaqdı. Böyük şair 1932-ci il oktyabrın 21-də Salyan rayonunda anadan olub, 1994-cü il 22 iyunda Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Azərbaycan ədəbiyyatında istiqlal carçısı kimi tanınan, qələmini düşmənə qarşı silaha çevirən Xəlil Rza Ulutürk şeirləri ilə xalqı mil­li dirçəlişə, azadlıq uğrunda mübarizəyə səs­ləmişdir. Vətənini daim xoşbəxt görmək üçün çarpışan Xəlil Rza Ulutürk azadlıq ağrılarını azalda biləcək həb kimi deyil, zülmətə işıq sala biləcək Günəş kimi istəyirdi. Azadlığa təşnə olan şair ümmanlar arzulayırdı:

Azadlığı istəmirəm 

zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri 

qıram gərək, qıram, qıram!

Azadlığı istəmirəm bir həb kimi, 

dərman kimi.

İstəyirəm

Səma kimi,

Günəş kimi,

Cahan kimi! 

Çəkil!

Çəkil, ey qəsbkar,

Mən bu əsrin gur səsiyəm!

Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm!

Ruhun şad olsun, sevimli oğlu şəhidlik zirvə­sinə ucalan, Vətəni Böyük Turan boyda görən şair! 

Ruhun şad olsun, Azərbaycanın Milli Qəh­rəmanı Təbriz Xəlil oğlu Xəlilbəyli!

 

ZÜLFİYYƏ
XQ

Sosial həyat