Şəmkirdə yol qəzası

post-img

Şəmkir rayonunda yol qəzası baş verib. Hadisə Qasımalılar kəndində olub və 3 nəfərin xəsarət alması ilə nəticələnib. 

XQ xəbər verir ki, “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb, nəticədə sürücü – 2004-cü il təvəllüdlü Sənan Quliyev, sərnişinləri, 2003-cü il təvəllüdlü Bayram Məmmədov və həmyaşıdı Rüfət Uğurov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlardan birinin vəziyyəti ağır olduğundan Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Araşdırma aparılır.

XQ

Hadisə