Qəzzada nüvəqqəti hökumətin yaradılması planlaşdırılır

post-img

ABŞ və İsrail Fələstinin Qəzza zolağında BMT-nin dəstəyi və ərəb hökumətlərinin iştirakı ilə müvəqqəti hökumətin yaradılması imkanlarını araşdırır. Ancaq bu, HƏMAS hərəkatı anklavdan çıxarıldıqdan sonra mümkün ola bilər. Məlumatı Bloomberg yayıb. 

ABŞ administrasiyasındakı mənbələrin məlumatına görə, müzakirələr ilkin mərhələdədir və İsrail Müdafiə Qüvvələrinin HƏMAS-a qarşı əməliyyatının inkişafından asılıdır. Xüsusilə də İsrail hərbçilərinin Qəzza zolağında quru əməliyyatının nəticələri önəmlidir.

Rəsmilər qeyd ediblər ki, Qəzzada müvəqqəti hökumətin yaradılması kimi istənilən plan ərəb hökumətlərinin dəstəyini tələb edəcək ki, buna da zəmanət verilmir.

P.ƏMİRCANOV
XQ

Dünya