Süni rəng, dadlandırıcı və aromatizatorlar qatılmış hazır qidalar, paket ərzaqlar, kremli, rəngli şirniyyatlar mədəaltı vəzi sıradan çıxarır.
Endokrinoloq Yekaterina Yanq bu zərif orqanın heç sevmədiyi qida əlavəsini açıqlayıb. Bildirib ki, bu 2 maddə – süni rəng və dadlandırıcı, demək olar, bütün müasir qidalarda var. Rasiondan tərkibində yağdan əlavə bütün qidaları çıxarmaq lazımdır.
O bildirib ki, tərkibində şəkər, karbohidrat olan qidalar bu vəzin funksiyasını zəiflədir. Mayalı ağ çörək, digər un məmulatları, bulka, tortlar, müxtəlif konfetləri ayda bir – iki dəfə yemək olar. Mədəaltı vəz şirniyyatı sevmir.
Həkim qeyd edib ki, sosis və kolbasalarda olan rəng və dadlandırıcı da mədəaltı vəzə ziyandır.
Z.HÜSEYNLİ
XQ