Şamaxıda futbol festivalı keçirilib

post-img

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Şamaxı şəhər stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib. 

100-dən çox uşağın qatıldığı festi­valda iştirakçılar futbol oynayıb, əylən­cəli vaxt keçiriblər. 

Festivalın sonunda hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hə­diyyə olunub. 

Leyla SABİRQIZI
XQ

İdman