Tamblinq yığmamızdan Parisdə uğurlu çıxış

post-img

Azərbaycanın tamblinq üzrə milli komandası Parisdə keçirilən “Tumbling French Cup” turnirində qızıl medal qazanıb. 

Azərbaycan Gimnastika Federasi­yasından verilən məlumata görə, Tofiq Əliyev, Adil Hacızadə və Mixail Malkin komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

Fərdi proqramda isə M.Malkin birin­ci, A.Hacızadə ikinci olub. 

Leyla SABİRQIZI
XQ

İdman