Qılıncoynadanımız qızıl medal qazanıb

post-img

Qılıncoynatma üzrə milli koman­damızın lideri Anna Başta Belçika­nın Gent şəhərində keçirilən 25-ci “Flemish Open Championships” beynəlxalq turnirində qızıl medal qazanıb. 

Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Anna qadın sab­lyaçıların yarışında finala gedən yol­da italiyalı Marqarita Collonna (15:7), Fransa sablyaçıları Şarlott Lembax (15:8) və Luise Kleyn (15:7), Böyük Britaniya təmsilçisi Maksvell Caitlini (15:14) mübarizədən kənarlaşdırıb. Finalda qadın sablyaçıların dünya reytinqində dördüncü olan Yunanıstan qılıncoynadanı Despina Georgiadonu 15:4 hesabı ilə məğlub edən təmsilçi­miz yarışın qızıl medalını qazanıb. 

Leyla SABİRQIZI
XQ

İdman