Həmin gün xeyli adam şəhid Emin Fərmayıl oğlu Hüseynovun məzarını ziyarətə gəlmişdi. Yaşasaydı, 33 yaşı tamam olacaqdı. Amma Vətən müharibəsində canını, qanını əsirgəmədən iştirak edib və Şuşanın alınması xəbərinin yayıldığı günün səhərisi – noyabrın 9-da Xocavənddə şəhidlik zirvəsinə ucalıb.
Eminin doğum günü iləəlaqədar Tovuz rayon ictimaiyyətinin nümayəndələri vəhəmkəndliləri onun xatirəsini ehtiramla yad etdilər, ailəüzvlərinətəskinlik verərək, şəhidin adı iləqürur duyduqlarını bildirdilər. Qeyd olundu ki, Eminin dünyaya gəlişi ermənilərin Qarabağın dağlıq hissəsindəseparatçılıq meyillərinin gücləndiyi dövrətəsadüf edib, o da ayağı yer tutunca, tay-tuşları iləkənddə“dava-dava” oynaya-oynaya böyüyüb. Sonra taleyi eləgətirib ki, taxtadan düzəltdiyi “tüfəng”lərəqib tərəfi məhv etməyəçalışan Emin hərbçi olub vəQarabağda əlinəhəqiqi silah alaraq, son nəfəsinədək düşmənəqarşı mətanətləvuruşub.
Böyüklərdən eşitdiyi “Bir gün gələr, erməninin dərsini verərik” arzusunu gerçəkləşdirənlərdən olub Emin. 2008-ci ildəA.Hüseynov adına Yanıqlı kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. O illərdəerməni xəyanətinin dəfələrləşahidi olan gənc vətənpərvər əsgəri xidmətini başa vurunca, Səfərbərlik vəHərbi XidmətəÇağırış üzrəDövlət Xidmətinin Tovuz rayon şöbəsinəmüraciət edərək ön cəbhəyəgetmək arzusunu bildirib. Onu Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə(MAXE) qəbul ediblər.
Azərbaycan Ordusunun mətin əsgəri olan Emin Hüseynov 2020-ci il sentyabrın 27-dəErmənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsi başlananda qisas arzusunun gerçəkləşməsinəaddım-addım yaxınlaşdığına sevinib. Vətən mücadiləsinəMurovdağ silsiləsindən başlayıb. Füzulinin, Cəbrayılın vəXocavəndin azadlığı uğrunda gedən döyüşlərdəhünər göstərib.
Döyüş dostlarının söhbətlərinəgörə, Emin Hüseynov Murovdağda yaralanmasına baxmayaraq, təxliyəedilməyərazı olmayıb. Elədöyüş meydanında ilk tibbi yardım aldıqdan sonra yenidən silaha sarılıb. Sərrast qumbaraatan kimi, Ermənistan ordusunun canlı qüvvəsinin vətexnikasının məhv edilməsindəxüsusi fərqlənib. Onun heç bir atışı hədəfdən yayınmayıb.
Qeyd etdiyimiz kimi, Emin Böyük Qələbəxəbərinin sevincini bircəgün yaşayıb. Ermənilərin kapitulyasiya aktına qol çəkdikləri ərəfədəXocavənd döyüşlərindəcanını fəda edib. Nəşi doğma rayonuna gətirilərək Yanıqlı kənd qəbiristanlığında torpağa tapşırılıb...
Emin ailəli idi. Müharibəbaşlananda qızını bağrına basıb Qələbəiləqayıdacağına and içmişdi. Amma qələbəarzusuna çatsa da, qızına verdiyi geri dönmək vədinəəməl edəbilmədi. Şəhidin Azərbaycan bayrağına bükülmüş tabutu kəndəgələndəoğlu hələana bətnindəidi. İndi onun evindəata həsrətli 4 yaşlı qızı vəölümündən sonra dünyaya göz açan 2 yaşlı oğlu böyüyür. Heç şübhəyoxdur ki, hələhadisələrin əsl mahiyyətini anlamasalar da, gələcəkdəatalarının qəhrəmanlığı iləfəxr edəcək, torpaqlarımızın işğaldan azad edilməsi yolunda canından keçən Eminin Vətən sevgisi qarşısında baş əyəcək, onunla qürur duyacaqlar. Biləcəklər ki, atalarını Vətən müharibəsindən öncəyalnız doğma el-obada tanıyırdılarsa, indi o, Azərbaycanın fəxri kimi bütün ölkədətanınır. Qismətinəölümlərin ən gözəli düşən Emin Hüseynov Azərbaycanın şərəf tarixini yazanlardan biridir.
Şəhidin atası Fərmayıl Hüseynov deyir ki, nəqədər toxtaq dursam da, ürəyim parçalanır: “O iki körpəsi bizdən atasını soruşanda onları qəbiristanlığa aparmaq çox ağır olacaq. Hələqarşıda illər var... Balaları böyüyüb hər şeyi olduğu kimi dərk edənəqədər biz nələr yaşayacağıq, onu bir Allah bilir. Kimsəbu dünyanı tutub duran deyil. Hamımız öləcəyik. Yeganətəsəllimiz budur ki, ona məhz Vətən yolunda ölmək nəsib oldu. Allahın dərgahında yüksək şəhidlik məqamına çatdı”.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan vəhərbi hissəqarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifəborcunu şərəfləyerinəyetirən Emin Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərəgörə”, eləcədəFüzulinin, Xocavəndin, Kəlbəcərin vəCəbrayılın azad olunmasına medalları ilətəltif edilib.
Zərifə BƏŞİRQIZI
XQ

