Ağdərə–Basarkeçər yolu necə nəzarətə götürülmüşdü?

post-img

Müzəffər savaşın ilk qələbələri

 

Sentyabrın 28-i səhər saat 5-də döyüş tapşırığına əsasən, 1353 yüksəkliyinə hücum əməliyyatı başladı. Bu zirvə azad edilməli idi ki, “Ağ uçuq” zirvəsinə olunan həmlələr səngisin, Talış kəndinə və Suqovuşan yoluna nəzarət bizim tərəfə keçsin və əlaqə yolları vurulmasın. “N” saylı briqadanın döyüş hazırlığı bölməsinin rəisi, polkovnik-leytenant Əfqan Abdurahmanovun rəhbərliyi ilə hərbçilərimiz döyüş tapşırığını yerinə yetirmək üçün hərəkətə başladılar.

İşğalçı qüvvələrin müqavimə­tinəbaxmayaraq, onların səkkiz mövqeyi ələkeçirildi. Əsgərlərimi­zi atəş altında saxlayan düşmənin 82 mm-lik minaatan batareyası, “KamAZ” maşını məhv edildi, yol­boyu geri çəkilən işğalçı ordunun canlı qüvvəsi vuruldu. Yüksəklik düşməndən azad edildi. 

Sentyabrın 29-u gündüz saat 10–11 radələrindəhərbçilərimizin bir qrupunun silahlarını təmizlədi­yi, bir qrupunun da bölgəvədö­yüş növbəsi apardığı bir vaxtda bir mərmi atıldı vəmövqeyimizdən xeyli uzağa düşdü. Polkovnik-ley­tenant Əfqan Abdurahmanov mər­minin uzağa düşdüyüni görüb: 

– Düşmən başqa yeri vurur, Barandat meşəsi tərəfi, – dedi.

İkinci mərmi atılandan sonra yüksəkliyəqalxan yolun döngətərəfindən düşmən bir tank, bir BMP və30 nəfərdən artıq canlı qüvvəiləhücuma keçdi.

Kəhrilər (Kəhillər) xarabalığı yaxınlığında qanlı, əlbəyaxa dö­yüş başladı. Çox qızğın, ölüm-di­rim döyüşü idi: gah yaxınlıqda mərmi partlayır, gah gülləsəsin­dən qulaq tutulurdu. Çətinliklərəbaxmayaraq, düşmənin irəliləmə­sinəimkan vermək olmazdı. İlk növbədədüşmənin zirehli texnika­sı sıradan çıxarılmalı, sonra canlı qüvvəməhv edilməli idi. Əsgər Oruc İbişli yaxın məsafədən qum­baraatanla tankı vurdu. Xeyli irəli soxulmuş BMP-2 isədaha böyük təhlükəyaratdı. BMP-2-dən dur­madan mövqelərimizəatəş açılır­dı.

Müddətdən artıq xidmət edən hərbi qulluqçu, gizir Nəriman Ata­kişiyev gözlənilmədən aralıda yer­ləşən BTR-82A-ya minərək tam sürətlədüşmənin zirehli dö-yüş texnikasına tərəf sürdü. Düşmənin BMP-2 maşınındakı heyət nəbaş verəcəyini anlayana qədər əsgəri­miz idarəetdiyi BTR-ni düşmənin döyüş texnikasının üstünəmin­dirdi vəonun qülləsinin hərəkətini məhdudlaşdırdı. Bundan sonra Əfqan Abdurahmanov, Soltan Məmmədov mövqelərindən çıxa­raq sağdan-soldan iki qrupla düşmən PDM-sinətərəf qaçdılar, onun desant “lyuk”unu açdılar, içəri əl qumbaraları ataraq heyəti vəiçərisindəolan 6 nəfər düşmən desantını məhv etdilər. Partlayış nəticəsindəbaş verən yanğından BTR dəyandı. Cünki toqquşma zamanı döyüş maşınımızda na­sazlıq yaranmışdı...

Beləcə, içəridəolan düşmən əsgərləri məhv edildi. BMP-2-dəaltı desant, bir sürücü, bir tuşlayıcı zərərsizləşdirildi. 

Düşmən texnikasını sıradan çıxaran Nəriman Atakişiyev isəağır yaralandı. 

İşğalçı ordunun sağ qalan əs­gərləri geri çəkilməli oldular. Çünki onların qarşısında yüksək əh­val-ruhiyyəli, qətiyyətli, cəsarətli, ölümün gözünədik baxan əsgər­lərimiz vardı. Ermənilər silahlarını, geyimlərini qoyub qaçırdılar. Qaç­maq üçün hər saniyəni qənimət bilirdilər. Vahiməli səsləqışqırıb qaçırdılar. Qorxunun həyəcana çevrilməsi isəhərbçinin ən böyük səhvidir vəbu onu ölüməaparır. Düşmən əsgərlərindəbeləbir və­ziyyət yaranmışdı. Qaçıb gizlənəbilməyən, bəxti gətirməyənlərin arasında düşmənin 022 saylı xü­susi təyinatlılarının komandirinin qardaşı oğlu da vardı.

Mayor İntiqam Əmirov deyir: “Döyüş zamanı düşmən BMP-si­nin içərisinəqumbara atıldı. Ora­da ölənlərin arasında düşmənin 022 saylı xüsusi təyinatlıların ko­mandirinin qardaşı oğlu da vardı. Bizim şəhidləri döyüş meyda­nından çıxaranda düşmən tərə­fi buna imkan vermək istəmədi. Həkim Qafur Həsənovun mənədediyinəgörə, bizim şəhidlərimizi saxlamışdılar ki, 022 saylı xüsusi təyinatlıların komandirinin qardaşı oğlunun meyitini qaytaraq. Gəlib görmüşdülər ki, yanıb, yapışıb ol­duğu yerə”. 

Yüksəklik uğrunda gedən dö­yüşdəşəhidlərimiz oldu. Hücumu­nun qarşısını alarkən 22 yaşında qəhrəmancasına şəhid olan taqım komandiri, leytenant Elmar Bay­ramlı Aprel döyüşlərindədəiştirak etmişdi. 

Şaməddin Əliyev yaralı oldu­ğu halda xəstəxanaya getməkdən imtina edərək döyüşədavam edib. İkinci dəfəyaralanaraq şəhid oldu. 

Hərbçilərimiz polkovnik-leyte­nant Əfqan Abdurahmanovun rəh­bərliyi ilə1353 yüksəkliyini böyük şücaətləmüdafiəetdi, itkilər veril­sədə, yüksəklik qorundu, düşmə­nin hücumları dəf edildi. “Böyük strateji əhəmiyyətli çox önəmli yüksəklik bizdəqaldı. Bu döyüşdəVətən sevgisi, torpaq həsrəti hər bir əsgərəgüc verdi. Yaralanan­lar döyüşü tərk etmək istəmirdilər. Hamı qalibiyyət şərbətini içməyəcan atır, canı bahasına olsa belə, vücudunun bir hissəsini itirsəbelə. Azərbaycan əsgərinin əzmini düş­mən dəyaxşı görürdü. Ona görəonlar geri çəkilməyəməhkum idilər. Bu gücün, bu iradənin qar­şısında nəinki canlı qüvvə, heç texnika da dayana bilməzdi. Bir tabora yaxın düşmən məhv edil­di”, – mayor İntiqam Əmirov deyir. 

Tabor komandiri sözünəda­vam edir: 

“Bu döyüşdəpanikaya düş­məmək hər adamın işi deyildi. Əfqan Abdurahmanov sakit, təm­kinləkomanda verir, təmkinlədöyüşü idarəedirdi. Dəfələrləgörmüşəm: eləzabitlər var ki, savadlıdırlar, amma savadlarını döyüş sahəsindətətbiq edəbilmə­dilər. Bu adamda savad da vardı, bacarıq da, döyüşü idarəetməqa­biliyyəti də. Əsgərlərin ona inamı da bunlardan qaynaqlanırdı”. 

Düşmən isəsakitləşmək bil­mirdi. Ətək tərəfdən böyük qüvvəiləyenidən hücuma keçdilər. San­ki bizim boşluqları bilir, daha çox itki verməyimizəçalışırdılar.

Bu, polkovnik-leytenant Əfqan Abdurahmanovun diqqə­tini çəkir:

– Bunlar haradan bizi görür, zəif nöqtələrimizi haradan bilirlər?

Bu təhlükəli vəziyyətin, itkilə­rin qarşısı vaxtında alınmalı idi. Əfqan Abdurahmanov çıxış yolu axtararkən meşədəki ağacların birindəquraşdırılmış gizli kame­ra diqqətini çəkdi. Bundan sonra əmr etdi ki, ətrafdakı bütün ağac­lar yoxlanılsın vəaşkar olunan kameralar məhv edilsin. Axtarış nəticəsindəermənilərin ağaclar­da quraşdırdığı iki kamera aşkar edildi vədüşmənin hərbçilərimizi izləməsinin qarşısı alındı. O ka­meralar yığışdırıldıqdan sonra düşmən basqıları bir az səngidi. Bundan sonra polkovnik-leytenant Əfqan Abdurahmanov yüksəkliyin ətrafının minalanması barədəəmr verdi. Mühəndis-istehkam xidmət rəisinin köməkçisi Rəhman Cə­biyev Əfqan Abdurahmanovun qərarına uyğun olaraq meşənin ətrafını minaladı.

“Düşmən 1353 yüksəkliyini və“Ağ uçuq”u geri almaq üçün bir neçəistiqamətdəəks-hücuma keçdilər, gecə-gündüz ağır döyüş­lər getdi, lakin döyüş hazırlığı böl­məsinin rəisi, polkovnik-leytenant Əfqan Abdurahmanovun rəhbər­liyi altında əsgərlərimiz düşmənin arzularını ürəyindəqoydular. 2-ci taborun komandiri Soltan Məm­mədov özünü bacarıqlı zabit kimi göstərdi”, – leytenant Cavid İbra­himli deyir.

Beləliklə, bölmələrimiz ermə­nilərin 6-cı və7-ci alaylarının əlaqə­sini kəsib Suqovuşanın arxasında­kı hakim yüksəkliklərəçıxdılar.

Bu əməliyyat nəticəsindəAzərbaycanın işğal olunmuş əra­zilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Ağdərə– Basar­keçər avtomobil yolu vizual, eləcədəatıcı silahların vəartilleriya va­sitələrinin atəş nöqtələri nəzarətəgötürüldü. Əldəedilən hərbi üs­tünlük Ermənistandan əlavəhər­bi yüklərin işğal altında olan Kəl­bəcər vəAğdərəistiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verdi. 

P.ƏFƏNDİYEV
XQ

Ordu