Goranboyda şəhid ailələrinə daim diqqət və qayğı göstərilir

post-img

         Goranboyda şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına daim diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olan insanların üzləşdikləri problemlər vaxtaşırı araşdırılır, onların həllinə nail olunur, mövcud qanunvericiliyin tələblərinə uyğun müzakirələr aparılır, müvafiq qurumların nümayəndələri ilə əlaqə saxlanılır.

         Bu dəfə də belə oldu. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun bir sıra məsul şəxsi şəhid ailələri və ictimai fəallarla birlikdə əvvəlcə Xan Qərvənd kəndindəki Şəhidlər abidəsini ziyarət etdilər, daha sonra kənddəki iki şəhid atası Musa Ağalarovun evinə gəldilər. İcra hakimiyyətinin başçısı şəhid atasının səhhəti və ailənin sosial qayğıları ilə maraqlandı. O, şəhid atasının məhkəmə predmeti olan problemini bir stəkan çay süfrəsi arxasında rayon məhkəməsinin sədri ilə birgə müzakirə etdi, məsələnin mövcud qanunvericiliyin tələblərinə uyğun həlli məqsədi ilə müzakirə açdı.

          Ata və ailənin digər üzvləri gösrərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildirdilər.

         Məlumat üçün qeyd edək ki, Nahid Musa oğlu Ağalarov və Yaşar Musa oğlu Ağalarov qardaşlarının biri itkün düşüb, digəri şəhid olub. Nahid 44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biridir. Laçın-Şuşa yolunda avtomobildə minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Goranboy rayonunun Xan Qərvənd kəndində dəfn olunub. 

                  Nahidin böyük qardaşı Yaşar Ağalarov isə 1994-cü ilin aprelində Ağdam döyüşlərində itkin düşüb və uzun illər ondan xəbər çıxmadığı üçün şəhidlik statusu verilib.

 

                Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

 











Sosial həyat