Müharibə əlilinin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən ödənilib

post-img

“YAŞAT” Fondu daha bir qazimizin tibbi xərclərini qarşılayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, müharibə əlili, qazimiz İlqar Müharib oğlu Kərimovun tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən ödənilib.

Qeyd edək ki, Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Sosial həyat