Alzheymer nədən yaranır?

post-img

Virciniya Texnologiya İnstitutunun alimləri Alzheymer xəstələrinin beynini tədqiq edərək, xəstəliyə səbəb olan çatışmazlığı tapıblar. Onlar demensiyalı xəstələrin donor beyinlərini tədqiq ediblər. Məlum olub ki, bu xəstələrin beynində vacib antioksidantlar – lütein, likopin və tokoferollar normadan 2-3 dəfə azdır.

Gözün torlu qişası da lütein və zeaksantini qidadan alaraq, özündə toplayır. Bu, görməni yaxşılaşdırır və fotoreseptorları qoruyur. 

Alimlər məhz makulyar piqmentin sıxlığının müayinəsi ilə baş beyində lüteinin konsentrasiyasını təyin ediblər. Nəticələr göstərib ki, karotonidlər və antioksidantlarla zəngin qidalar yemək Alzheymer diaqnozu qoyulan xəstələrdə də koqnitiv pozulmaları yavaşıda bilər.

Digər araşdırmaya görə, Aralıq dənizi (bu barədə internetdə məlumat çoxdur) və MİND (sinir sistemini və zehni performansı gücləndirən) pəhrizləri demensiya və Alzheymerə qarşı yaxşı təsir göstərir.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

 

Sosial həyat