4 boksçumuz bürünc medalı təmin edib

post-img

Azərbaycan millisinin daha 2 üzvü Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.

Boks Federasiyasından “Xalq qəzeti”nə bildirilib ki, 1/4 finalda Şahin Aslanov (52 kq) ingiltərəli Bill Smitt , Adil Zalov (63 kq) isə Yan Mikuliç (Xorvatiya) üzərində 5:0 hesablı qələbə qazanıblar. Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün minimum bürünc medalı təmin ediblər.

Bununla da, Azərbaycan millisinin yarımfinala vəsiqə qazanan idmançılarının sayı 4-ə çatıb. Bundan əvvəl İsmayıl Vəliyev (70 kq) və Səftər Məmmədzadə (90 kq) də 1/4 finalda rəqiblərini məğlub ediblər. 

Avropa birinciliyi avqustun 25-də başa çatacaq. 

Leyla SABİRQIZI,  “Xalq qəzeti”

 

İdman