Tələbələrimiz Yekaterinburqda yarışırlar

post-img

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan idmançılarının uğurlu çıxışları davam edir.

Dünən qadın güləşi üzrə Birgül Sultanova (65 kq) və boks üzrə Zeynəb Rəhimova bürünc medal qazanıblar. Bununla da komandamızın qazandığı medalların sayı 8-ə (7 gümüş, 1 bürünc) çatıb. 

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Leyla SABİRQIZI,  “Xalq qəzeti”

İdman