Nicat Abasov tay-brekdə mübarizə aparacaq

post-img

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya kubokunda üçüncü yer uğrunda cavab görüşünü keçirib. 

Qara fiqurlarla mübarizə aparan 28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Şahmatçılar qalibi ayırd etmək üçün tay-brekdə mübarizə aparacaqlar. 

Final uğrunda Rameşbabu Praqqnanandha (Hindistan) və 5 qat dünya çempionu Maqnus Karlsenin (Norveç) cavab oyunu da heç-heçə başa çatdığı üçün şahmatçılar tay-brekdə görüşəcəklər.  

Leyla SABİRQIZI,  “Xalq qəzeti”

İdman