Dünya birinciliyində 3 medal

post-img

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatının ilk günündə komandamız 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. 

Oğlanlar arasında 50 kiloqram çəki dərəcəsində yarımfinalda cüdoçularımız Məhəmməd Məmişov gürcüstanlı Şota Baçoşviliyə, Nihad Məmişov isə qazaxıstanlı idmançı Nurbol Askara qalib gələrək finala yüksəliblər. Həlledici mərhələdə N.Məmişov komanda yoldaşı M.Məmişovla mübarizədən qalib ayrılaraq qızıl medala layiq görülüb.  

Komandamızın digər üzvü — 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Mirxaliq İskəndərov isə bürünc medal uğrunda görüşdə fransalı Adrian Mivovanı məğlub edib. 

Leyla SABİRQIZI,  “Xalq qəzeti”

İdman