Şəhid Milli Qəhrəmanın anası yolun asfaltlanmasını istəmişdi…

post-img

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Tatarlı kəndində səyyar qəbul keçirərkən Şəhid, Milli Qəhrəman Sərxan Ocaqverdiyevin anası Gülzar xanım da çıxış elədi. Dedi ki, “kəndin adamları ölkə prezidentinin bizim sosial problemləri həll etdiyi üçün ondan hədsiz razıdırlar. Son vaxtlar Tatarlı kəndində  az iş görülməyib. Yerli icra strukturları, o cümlədən icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bütün məsələləri özü nəzarətə götürür və onun icrasını təmin edir. İnanıram ki, kəndə daxil olan yolun əsas hissəsinin asfaltlanmasına da bizim başçımız yaxından köməklik göstərəcək…’

Elə həmin gün icra hakimiyyətinin başçısı əlaqədar qurumlarla, o cümlədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti, onun rayondakı 23 saylı Yol İstismarı idarəsi rəhbərliyi ilə əlaqə saxladı, söhbət etdi və yolun asfaltlanması ilə bağlı tövsiyələrini verdi.        Çox keçmədi ki, agentliyinin mövcud imkanları daxilində idarə tərəfindən asfaltanma işi təmin edildi və Tatarlının əsas yolu qaydaya salındı.

Bu günlərdə  rayon icra hakmiyyətinin başçısı Məhərrəm Quliyev yolun istismara verilməsi münasibətilə keçirilən tədbirdə iştirak etmişdir. Adamlar çox razılıq etmişlər. Şəhid anası Gülzar Ocaqverdiyeva üzünü bu işi icra edənlərə tutaraq “var olun”, dedi, “bu kənd adamlarının, şəhid balam Sərxanın da arzusu idi, arzusuna çatdı, arzularınıza çatasınız”

 Hamlet Qasımov,

“Xalq qəzeti”nin bölgə müxbiri, Goranboy.

 

 







Sosial həyat