Milli heykəltəraşlığımızda Heydər Əliyev ruhu

post-img

Dünya heykəltəraşlığında şəxsiyyət mövzusunun mühüm yer tutması məlum faktdır. Prinsip etibarilə bu heykəltəraşlıqda şəxsiyyət probleminin hələ antik dünyadan başlamış gündəmə gətirilməsi və müsbət həlli ilə bağlıdır. Eyni problemin Azərbaycan heykəltəraşlığında da müsbət həll edilməsi müşahidə olunmaqdadır. 

Bununla belə, qeyd etməyə ehti­yac var ki, insan şəxsiyyəti mövzusu­na müraciət baxımından Azərbaycan heykəltəraşlığının uğurları, əsasən, müstəqillik dövrü ilə bağlıdır. Başqa sözlə, müstəqil dövlətçiliyimizin Azər­baycan incəsənətinə yeni uğurlar qa­zandırması heykəltəraşlıq sahəsində də diqqəti cəlb etməkdədir. Bəli, məhz müstəqil dövlətçiliyimiz tarixində qüd­rətli heykəltəraşlarımızın öz yaradıcı­lıqlarında görkəmli dövlət, elm və sənət xadimləri mövzusuna ardıcıl olaraq müraciət etdiklərini görürük. Bu sırada Azərbaycan heykəltəraşlığında Heydər Əliyev mövzusunda monumental əsər­lərin yaradılmasını məxsusi qeyd et­məyə ehtiyac vardır. 

Son dərəcədə qürur duyulası haldır ki, Azərbaycan sənət adamı Heydər Əliyev ruhu qarşısında mənəvi borcu­nu ulu öndərə məxsus şəxsi keyfiy­yətləri müxtəlif sənət əsərlərində can­landırmaqla ödəməyə çalışmışdır. Bu gün fəxrlə deyə bilərik ki, dünya hey­kəltəraşlığının ən qiymətli sənət inciləri sırasında ulu öndərə həsr olunmuş ör­nəklər fəxri mövqe tutmaqdadır. Prin­sip etibarilə Heydər Əliyev şəxsiyyəti mövzusuna müraciət edən Azərbay­can heykəltəraşı ən ağır sənət imtaha­nı verməli olmuşdur. 

Heydər Əliyev ömrünün müxtə­lif anlarını əks etdirən heykəltəraşlıq əsərləri Azərbaycan auditoriyasını yeni bir dünya ilə tanış etmək imka­nına malikdir. Digər tərəfdən, həmin əsərlərdə Azərbaycan heykəltəraşının yaradıcılıq imkanları da aydın görün­məkdədir. Başqa sözlə desək, Heydər Əliyev mövzusuna üz tutan heykəltə­raş sənətdə özünütəsdiq yolu keçmiş­dir. Qətiyyətlə bildiririk ki, dünya, sənət tarixində son dərəcə zəngin, əlvan va­sitələrlə Heydər Əliyev qədər obrazı yaradılan ikinci bir şəxsiyyət tanımır.

Azərbaycan heykəltəraşlıq sənətin­də özünəməxsus yer tutan, professio­nal heykəltəraşlıq sənətinin inkişafın­da mühüm işlər görmüş Natiq Əliyev kimi tanınmış bir heykəltəraşın, Heydər Əliyev obrazını bir neçə dəfə yaratması da, onun şəxsiyyətinin və xidmətlərinin Azərbaycan heykəltəraşlığına olan tə­siri və mənəvi dəyərini göstərməkdədir. Bu heykəllər, Azərbaycanla bərabər di­gər ölkələrdə də yer almış və Heydər Əliyevin dünya miqyasında necə bö­yük bir lider olmasını təcəssüm etdir­mək baxımından olduqca əhəmiyyətli rol oynamışdır.

Kiyevdəki Heydər Əliyev heykəli­nin açılışının 2004-cü ildə qoyulması, dahi öndər Heydər Əliyevin Ukraynaya olan münasibətinin və dostluğunun bir ifadəsidir. Heydər Əliyev Azərbaycanla Ukrayna arasında dostluq münasibət­lərinin qorunmasını daim diqqətdə sax­lamışdır. Bu heykəl, iki ölkə arasında­kı münasibətlərin və Heydər Əliyevin Ukrayna ilə olan möhkəm bağlarının bir simvolu olaraq əhəmiyyətli yer tut­maqdadır.

Heykəltəraşın qranit kürsü və tunc heykəl arasında uğurlu bir əlaqə ya­ratması, obrazın güclü və məğrur duruşunu vurğulamağa kömək edir. Heykəltəraş heykəlin plastik ifadəsi, onun nişanələrini əks etdirmiş, yenil­məz və qüdrətli rəhbərin xüsusiyyət­lərini göstərməyə nail olmuşdur. Bu nişanələr Heydər Əliyevin liderlik key­fiyyətlərini, qətiyyətini və iradəsini ifadə edir.

Heykələ yaxınlaşdıqca, tamaşaçı­lar Heydər Əliyevin üzündəki nuranilik nişanələrini və diqqətçəkici baxışlarını aydın hiss edirlər. Bu, onun şüurlu, şəf­faf liderlik tərzi, xalqının sevgi və hör­mətini simgələyir. Heykəl, tamaşaçıla­ra Heydər Əliyevin ruhunu, vizyonunu və fədakarlığını hiss etdirərək, şəhərin atmosferində daha da qüdrətli bir təsir bağışlayır.

Bu sənət əsəri Heydər Əliyevin dəyərli xatirəsinin saxlanılması və onun yaşadığı dövrün özəlliklərini ifadə etmək üçün əsaslı bir simvol kimi xü­susi yer tutur. Tamaşaçılar heykələ ta­maşa etdikcə Heydər Əliyevin Vətənə sevgisini, liderlik ruhunu, xidmətlərini və digər mühüm keyfiyyətlərini hiss edirlər.

Natiq Əliyev heykəllərində Heydər Əliyev obrazını da müxtəlif mərhələlər­də inkişaf etdirərək, onun psixoloji baxımdan zənginləşdiyini vurğulayır. Eskizlərdən son variantlara qədər olan yaradıcı prosesdə, heykəltəraş obra­zın ifadəsini, plastik şərhini, duruşunu və geyim formasını bir neçə dəfə də­yişdirir. O, obrazın ahəngdar addımları, əllərin vəziyyəti və digər hərəkətlərini təbiətə uyğun şəkildə uyğunlaşdırmaq üçün uzun müddət sərf edir. İşin nəti­cəsində obrazın ümumilikdən uzaq, təfərrüatsızlaşaraq monumentallığın əldə edilməsi məqsədinə varılır.

Əsərlərinin digər ölkələrin paytaxt­larında ucaldılması, Natiq Əliyevin beynəlxalq səviyyədə də tanınmasını, professional bir heykəltəraş olduğunu göstərir. O, yaradıcılığı ilə bizi obrazın daxili aləminə enməyə sövq edir. 

Azərbaycanın Xalq rəssamı Natiq Əliyev yaradıcılığında Heydər Əliyev obrazına dəyərli bədii tutumla yanaş­mışdır. Heykəltəraşlıq sahəsində, xü­susən monumental heykəltəraşlıqda müəllifin sənətinin ülviliyi hiss olun­maqdadır.

Natiq Əliyevin 2005-ci ildə yaratdı­ğı və Sumqayıt şəhərinin mərkəzində qoyulmuş Heydər Əliyev heykəli qır­mızı mərmər postament üzərində uca­lır. Bu monumental əsərdə ulu öndər, özünəməxsus şux qaməti, iti nəzərləri və qətiyyəti ilə diqqəti cəlb edir. Abi­dədə Azərbaycanın dövlət gerbi kürsü üzərində yerləşir. Heydər Əliyev Azər­baycanın Konstitusiyasına əl basaraq, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olacağına inam və qətiyyət ifa­də etmişdir.

Müəllif Heydər Əliyevi müasir Azər­baycanın qurucusu, ilk demokratik Konstitusiyasının müəllifi kimi təqdim edir. Abidədə heykəltəraş tərəfindən Azərbaycanın gələcək taleyini müdrik­cəsinə görən böyük dühanın nəzərləri irəliyə dikilmişdir. Postamentin düzbu­caqlı forması ətrafdakı yaşayış bina­larının bədii-konstruktiv quruluşu ilə həmahəng təşkil edir.

Xalq rəssamı Ömər Eldarovun da yaradıcılığında Heydər Əliyev obrazı, onun zəngin yaradıcılıq bioqrafiyasının əsasını təşkil edir. Ömər Eldarov Azər­baycan Milli Elmlər Akademiyasının və Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü olaraq tanınır. O, "Şərəf nişanı", "Qırmızı Əmək bayrağı" və "İs­tiqlal" ordenləri ilə təltif edilmiş böyük sənətkardır.

Ömər Eldarov Heydər Əliyev ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görüldükdən sonra, 1987-ci ildə Naxçıvan şəhərində ümummilli liderin büstünü yaratmışdır. Sənətkar Heydər Əliyev obrazını birbaşa canlı naturadan mükəmməl şəkildə hazırla­mışdır. Heydər Əliyev və Ömər Elda­rov bir-birini gənclik illərindən tanıyırdı­lar. Bu səmimi münasibət ilk büstünün uğurlu bədii həllinə nail olmasına im­kan verdi.

Ümummilli liderin vəfatından son­ra Ömər Eldarov ulu öndərin bir neçə xatirə abidəsinin də müəllifidir. Bunlar arasında Bakıdakı Ali Hərbi Neft Mək­təbinin qarşısında general geyimindəki heykəli, Qobustan rayonunda Heydər Əliyev parkında və Fəxri xiyabanda ucaldılan qəbirüstü abidəni, həmçinin Türkiyənin Qars şəhərindəki abidəni xüsusi qeyd etmək lazımdır. Heykəltə­raşın Heydər Əliyevi əbədi şəkildə an­maq üçün seçdiyi bu obrazlar, liderin yaşadığı anları və özəlliklərini doğru şəkildə təqdim edir. 

Ömər Eldarovun verdiyi müsahi­bələrin birində qeyd etdiyi kimi, Heydər Əliyev sağlığında öz heykəlinin ucal­dılmasına birmənalı olaraq razılıq ver­mirdi. Ancaq bir istisna hal var idi: O, ikinci dəfə SSRİ Ali Soveti tərəfindən Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görüldüyü vaxtda, Vətənində hey­kəlinin ucaldılmasına razı oldu. Çünki bu kimi fəxri ada ikinci dəfə layiq gö­rülənlərin doğulduğu şəhərlərdə hey­kəlinin qoyulması dövlət sərəncamına əsaslanırdı. Hər bir məqam öncədən düşünülmüşdü, heykəlin ölçüləri və materialı. 

Ömər Eldarovun qeyd etdiyinə görə, Heydər Əliyev çox intizamlı bir dövlət xadimi olduğu üçün, heykəlinin doğru formada işlənməsinə önəm ve­rirdi. Bir müddət sonra o, Heydər Əli­yev tərəfindən öz kabinetində qəbul edildi. Heydər Əliyev ona Moskvadan heykəlin işlənməsi ilə bağlı çoxlu təklif aldığını bildirdi. Ancaq Heydər Əliyev özünün istəyinə əsasən, yalnız onu yaxşı tanıyan yerli heykəltəraşın hey­kəlini işləməsinin doğru olacağını söy­lədi. Ömər Eldarov ona minnətdarlığını bildirərək, böyük bir şövq ilə çalışaca­ğını bildirdi. Ömər Eldarovun Heydər Əliyevi naturadan işləmək istədiyini bilən Heydər Əliyev, eyni zamanda, Brejnev və Kosıginin heykəllərinin də naturadan işləndiyini bilirdi. Ona görə də, Heydər Əliyev də naturadan iş­ləməsi halında nəticənin daha uğurlu olacağını düşünürdü. 

Ömər Eldarov, Heydər Əliyevin Fəxri xiyabandakı qəbirüstü abidəsini 2004-cü ildə yaradaraq, ulu öndər qar­şısındakı borcunu yerinə yetirdi. Abidə, 4 metr hündürlüyündə və qranitdən hazırlanan möhtəşəm bir heykəldir. Heydər Əliyevin statik duruşu, abidə­nin daha təsirli və monumental gö­rünməsinə səbəb olur. Ömər Eldarov, memorial abidəni kompleks şəklində təqdim edərək Azərbaycan üçün, Azər­baycan xalqı üçün gördüyü hər bir xe­yirxah əməlini bu abidədə göstərmişdir.

Heykəlin arxa fonunda ucaldılan qaya parçası ilə birlikdə Azərbaycan Respublikasının xəritəsi qabarıq for­mada mükəmməl şəkildə işlənmiş­dir. Bu, Ömər Eldarovun ziyarətçilərə göstərmək istədiyi ideyanı tamamlayır. Bu element, ziyarətçilərə “Heydər Əli­yev və Azərbaycan” bütövlüyünü nü­mayiş etdirir. 

Heydər Əliyevin vaxtı ilə yaşadığı evin giriş divarında hazırlanan barelyef xatirə lövhəsi də heykəltəraş Ömər El­darov tərəfindən 2008-ci ildə hazırlan­mışdır. Bu barelyef lövhədə aşağıdakı sözlərə yer verilmişdir: "Azərbaycan xalqının ümummilli lideri, müasir Azər­baycan dövlətçiliyinin banisi, Azərbay­can Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyev 1962 - 1982-ci illərdə bu evdə yaşamışdır". Bu xatirə lövhəsi, Heydər Əliyevin yaşadığı evin tarixi əhəmiyyətini vurğulayır və ziyarətçilərə onun liderlik və xidmətləri haqqında dəyərli məlumatlar verir. 

2013-cü il mayın 7-də Milli İn­cəsənət Muzeyində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan sərgidə Ömər Eldarovun 2012-ci ildə ağ mər­mərdən hazırladığı "Heydər Əliyevin portreti" əsəri sərgilənmişdir. Bu port­ret Heydər Əliyevin xarakterini ay­dın və dolğun şəkildə təqdim etmək baxımından mühüm bir heykəltəraşlıq nümunəsidir. Heykəltəraş Ömər Elda­rov bu əsərdə ümummilli liderin möh­kəmliyini, mübarizə ruhunu və liderlik vasitələrini ifadə etməyə çalışmışdır. Heydər Əliyevin portreti, onun xariz­matik xətti və dövlət xadimi kimi oy­nadığı rolun vurğulanması ilə birlikdə, onun Azərbaycanın dövlətçilik və milli inkişafına verdiyi böyük töhfəni təmsil edir. 

Böyük düha Heydər Əliyev, Azər­baycanın ümummilli lideri və müasir Azərbaycan dövlətçiliyinin banisi kimi, Azərbaycan heykəltəraşları üçün bö­yük bir yaradıcılıq mənbəyidir. Bu əsasda Heydər Əliyevin şərəfinə və xatirəsinə bir sıra abidələr yaradılmaq­dadır.

Xüsusilə qeyd etməliyik ki, Heydər Əliyevin heykəlləri, onun xarakterini və millətinə olan qayğısını ifadə edir. Azər­baycan heykəltəraşları Heydər Əliyevə həsr etdiyi monumental heykəltəraşlıq nümunələrində onun şəxsən sevdiyi və hörmət etdiyi insana yaraşan şəkildə emosional və ifadəli üslubunu təsvir edirlər. 

Heydər Əliyev dühası Azərbaycan heykəltəraşlığının mühüm bir parça­sı kimi, milli bərabərliyin və Azərbay­can xalqının liderinə olan bağlılığının simvolu olmaq baxımından müstəsna əhəmiyyətə malikdir. Heydər Əliyevə həsr olunan monumental heykəltəraşlıq nümunələri onun düşüncələrini, liderlik keyfiyyətlərini və milli identifikasiya qüd­rətini əks etdirməklə bərabər Heydər Əliyev və Azərbaycan xalqı arasında sonsuz bağlılığı ifadə etmək baxımın­dan da mühüm yer tutmaqdadır. 

Bəli bu gün, dahi öndərin yüzlərlə, bəlkə də minlərlə portreti yaradılır. Əl­bəttə, onların heç də hər biri bədii-tex­niki səviyyə baxımından mükəmməl ola bilməz. Lakin ulu öndərin böyük sənətkarlıqla, həmçinin böyük sevgi, ehtiramla yonulmuş heykəlləri yetərin­cədir və bu dəyərli əsərlərin sayı gün­dən – günə artmaqdadır. Ümidvarıq ki, gələcək tədqiqatlarda Azərbaycan heykəltəraşlığında Heydər Əliyev möv­zusu, ulu öndərin işıqlı xatirəsinə həsr olunmuş əsərlərin daha böyük hissəsi­ni əhatə edəcəkdir.

 

Toğrul CƏFƏRLİ,
Naxçıvan Dövlət Universitetinin müəllimi









Sosial həyat