Salyanda hərbi-vətənpərvərlik klubu yaradılır

post-img

Salyan rayonunda "Gənc şahinlər" hərbi-vətənpərvərlik klubu" layihəsinin açılış mərasimi keçirilib. Mərasimdə məktəb direktorları, müəllimlər, şagird və valideynlər iştirak ediblər.

Layihənin əsas məqsədinin Salyan rayonunda yaradılması planlaşdırılmış "“Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu" vasitəsilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən müsabiqələrin, yarışların, hərbi düşərgələrin təşkil edilməsi, eləcə də yeniyetmə və gənclərdə vətənə məhəbbət hisslərini daha da inkişaf etdirmək olduğu bildirilib.

Layihə çərçivəsində və layihə bitdikdən sonra klubun işini təşkil edə biləcək klub rəhbəri və köməkçisi seçiləcək. Daha sonra isə 16 nəfər yeniyetmə və gənc seçilərək klub təsis ediləcəkdir. Klubun 10 günlük fəaliyyətindən sonra iyul ayı ərzində ardıcıl olaraq ümumrayon səviyyəsində 2 tədbir təşkil olunacaq. Yekunda isə 16 nəfərlik hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunacaq ki, burada klub üzvlərinə yeni həyati bilik və bacarıqlar aşılanacaq, onların vətəpərvərlik dəyərlərinin inkişaf etdirilməsinə dəstək olunacaqdır. 

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinun elan etdiyi 2023-cü il üçün kiçik qrant müsabiqəsi çərçivəsində qalib olub və 1 iyul-31 avqust tarixlərini əhatə edəcək.

 

Rizvan FİKRƏTOĞLU, 

"Xalq qəzeti"

Sosial həyat