Universitetin tarxində ilk böyük əmək yarmarkası olacaq

post-img

Bu ali məktəbin tarixi ərzində heç vaxt belə bir möhtəşəm əmək yarmarkası olmayıb. Söhbət may ayının 23-də Azərbaycan Texnologiya Unuversitetində keçiriləcək əmək yarmarkasından gedir. Təsəvvür edin ki, birdən-birə 400-dən çox vakansiya yeri yarmarkaya çıxarılacaq. Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə təşkil olunan bu böyük əmək bayramında ölkənin 40-dan artıq məşhur şirkətinin nümayəndələri iştirak edəcək, məzunlara iş yerləri təklif edəcəklər. Belə şirkətlərin sırasında “Gəncə Şərab-2”, Avtomobil, “Əlvan metal” zavodları, müxtəlif məşhur şirkətlər, o cümlədən “Azərsun”, Aqropark, AzerGold”, çoxlu tanınmış banklar, sığorta şirkətləri və digər müəssisə və təşkilatlar iştirak edəcək.

Universitetin rektor əvəzi, dosent Yaşar Ömərov özünün facebook səhifəsində bu mühüm hadisə ilə bağlı paylaşdığı xəbər böyük maraqla qarşılanıb. Artıq indidən əmək yarmarkasında iştirak edəcək yüzlərlə tələbə, məzun, mütəxəssis yarmarkada həvəslə iştirak edəcəyini bildirib.

Qeyd edək ki,bununla bağlı universitetdə ciddi hazırlıq işləri aparılıb, texniki-təşkilati işlər həyata keçirilib. Adıçəkilən yarmarkaya kimi Yaşar Ömərov başda olmaqla universitetin kafedra müdirləri, dekanlar atrı-ayrı şəhər və rayonlardakı sənaye müəssisələrinə olub, iş şəraitinə baxıb, müqavilələr imzalayıblar.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Gəncə

Sosial həyat