Polşa millisi ikinci görüşdə məğlub oldu

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində növbəti oyun Polşa millisi ilə Çin təmsilçisi  "Yuanda" klubu arasında baş tutub. Çin klubu oyuna daha fəal başlasa da, basketi daha sərrast atan Polşa seçməsi ilk dəqiqələrdən hesabda önə çıxıb. Lakin "Yuanda" da məğlub olmaq istəmədiyini qısa müddətdə meydanda öz oyunu ilə nümayiş etdirməyə başlayıb. Artıq dördüncü dəqiqədə oyun  xala xal fərqi ilə davam etsə də, bir dəqiqədən az vaxtda Polşa seçməsi ardıcıl 4 basketə imza ataraq hesabı 8:3 çatdırdı. İlk beş dəqiqə isə 9:7 hesabı ilə Polşa seçməsinin xeyrinə yekunlaşdı. Sonrakı dəqiqələrdə hesabda "Yuanda" komandası öz əzmkar oyunu ilə hesabda önə keçməyi bacardı. Son dəqiqələrdə isə üstünlüyü ələ alan Çin klubu 18:16 hesabı ilə qələbə qazandı.

Qeyd edək ki, Polşa millisi ilk matçda Azərbaycan millisinə qalib gəlib.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman