Bakı Musiqi Akademiyasında konsert proqramı

post-img

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. 

Tədbiri giriş sözü ilə açan sənətşünaslıq üzrə fəlsəfə doktoru Minəxanım Babayeva çıxışında Heydər Əliyevin Azərbaycan mu­siqisinə və mədəniyyətinə verdiyi töhfələr­dən danışıb, bu dahi şəxsiyyətin milli-mənəvi irsin qorunmasında və inkişaf etdirilməsində müstəsna rolunun olduğunu deyib: 

“Heydər Əliyev istənilən musiqi əsəri və onun müəllifi haqqında dərin biliklərə sahib bir şəxs idi. İncəsənət sahəsində fəaliyyət göstərən bütün insanlarla söhbə­tində onun incəsənətə, mədəniyyətə ver­diyi dəyər aydın hiss olunurdu. Həyatdan köçən incəsənət xadimlərinin yaradıcılıq gecələrinin keçirilməsi, onların ev muze­yinin yaradılması, həmçinin onların adına küçə və prospekt adlarının verilməsi də məhz ulu öndərin daim diqqət mərkəzində olmuşdur”. 

Sonra “Konsertmeyster ustalığı” və “İx­tisas fortepiano” kafedralarının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovanın rəhbərlik etdiyi “Sabah” qru­punun IV kurs tələbələri, respublika və bey­nəlxalq müsabiqələr laureatları Fidan Yu­nus, Nigar Hüseynzadə və digər solistlərin ifasında müxtəlif operalardan musiqi nöm­rələri səsləndirildi. 

 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Sosial həyat