Heydər Əliyev və məhkəmə-hüquq islahatları

post-img

Müasir müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ədliyyə orqanlarında geniş qeyd edilir. Bu münasibətlə mayın 4-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Fairmont Baku” hotelində “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda geniş konfrans keçirilir.

Ədliyyə naziri Fikrət Məmmədov məhkəmə-hüquq islahatlarında Heydər Əliyevin siyasi iradəsinin təntənəsi barədə geniş məruzə ilə çıxış edib.

Nazir xüsusi qeyd edib ki, hələ sovetlər birliyində ədliyyə sisteminin təkmil struktur kimi sabit fəaliyyə­tinin təmin olunması məhz 1970-ci ilə - ümummilli li­derin Azərbaycan rəhbərliyinə gəlişi dövrünə təsadüf edir. Dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra ümummilli liderin rəhbərliyi ilə ədliyyə orqanlarının hərtərəfli inkişafı üzrə köklü islahatlar aparılıb. Onlar­dan yalnız bəzilərini xatırladıb.

İlk növbədə, cəzaların icrası sistemini təkmilləş­dirmək, islah-tərbiyə işini humanistləşdirmək məqsə­dilə penitensiar müəssisələrin demokratik prinsiplərə uyğun olaraq cinayət təqibi orqanından Ədliyyə Na­zirliyinə verilməsi işi başa çatdırılıb.

Ədalət mühakiməsinin ayrılmaz hissəsi olan məhkəmə qərarlarının icrasının müasir tələblərə uy­ğun həyata keçirilməsi ilə bağlı yeni vəzifələr müəy­yən edilərək nazirlikdə icra xidməti təsis edilib. İlk dəfə istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan və bir sıra digər aidiyyəti cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə hə­valə olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycanda yerli demok­ratiyanın təşviqi istiqamətində mühüm addımlar atıla­raq ilk dəfə yerli özünüidarə orqanları – bələdiyyələr formalaşdırılıb, beynəlxalq təcrübəyə uyğun olaraq bu orqanların fəaliyyətində qanunçuluğun təmin olunması, onlara metodoloji yardımın göstərilməsi, həmçinin parlamentə illik məruzələrin təqdim olun­ması nazirliyə tapşırılıb.

Məhkəmə ekspertizası sahəsində işin müasir tələblərə uyğun qurulması məqsədilə ayrıca qanun qəbul edilmiş və bütün qeyri-tibb məhkəmə eksperti­zalarının aparılması Ədliyyə Nazirliyinə həvalə edilib.

Aparılan islahatların nəticəsi olaraq nazirliyin cə­miyyətdə rolu və nüfuzu xeyli artmış və o dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib. Tam əminliklə deyə bilərək ki, müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev həm də müasir ədliyyə sisteminin banisidir.

Tədbirdə Ali Məhkəmənin sədri İnam Kərimov, İn­san hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının sədri Nadir Adilov, Naxçıvan Muxtar Respublikası ədliyyə və məhkəmə orqanları­nın rəhbər şəxsləri, Məhkəmə-Hüquq Şurasının üzv­ləri, apellyasiya və birinci instansiya məhkəmələrinin sədrləri, hakimliyə namizədlər, ali təhsil müəssisələ­rinin və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, gənc ədliyyə işçiləri və könüllüləri, hüquqşünas tələ­bələr və media mənsubları iştirak edirlər.

Sosial həyat