Kibertəhlükəsizlik üçün ilk növbədə təhsil sistemində - orta və ali məktəblərdə lazımi biliklər aşılanmalıdır. Kibertəhlükəsizlik kompleks məsələdir və burada güclər birləşdirilməlidir.
"Xalq qəzeti" xəbər verir ki, bu fikirləri "Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri. Ölkə üzrə kibertəhlükəsizliyə və kibercinayətlərə ictimai münasibətlər" konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov bildirib.
F. Əhmədovun fikrincə, dövlət orqanlarının nə qədər böyük resursu olsa da, bütün təhdidlərin qarşısını almaq imkanında deyil: "Heç bir dövlətin bu qədər məhdudiyyətsiz resursu yoxdur. Ona görə də vətəndaşların bu sahədə bilikli və bacarıqlı olması vacibdir. Bununla yanaşı, biznesin də bu sahədə səriştə və bacarıqları formalaşmasıdır".
Nazir müavini vurğulayıb ki, təkcə 2022-ci ildə kiberhücumlar nəticəsində qlobal iqtisadiyyata 8 trilyon ABŞ dolları ziyan vurulub.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"