Migrendən xilas yolu – botoks?!

post-img

Xroniki baş ağrılarının insanların gündəlik həyat tərzinə və fəaliyyətlərinə mənfi təsir etməsinə və insanların sosial həyatdan uzaqlaşmasına səbəb olduğunu bilirik. Bu vəziyyət zaman keçdikcə insanda psixiatrik əlamətlərin inkişafına səbəb olur. 

Miqren botoksunun təsir mexanizmi nədir?

Qeyd edək ki, botoksun miqren xəstələrində effektivliyi təsadufən kəşf edilmişdir. Bildiyimiz kimi, botoks daha çox kosmetologiyada məşhurlaşmış bir vasitədir. Lakin tibbdə uzun zamandır bir çox xəstəliklərdə: blefarospazm, əyri boyunluluq, spastik ifliclər, həd­dindən artıq tərləmə, sidik qaçırmaları zamanı və s. geniş istifadə olunur. Kos­metik məqsədlə edilən botoks zamanı xəstələrdə miqren ağrılarının tədricən azalması müşahidə olunmuşdir. Bu­nunla da botoksu miqrenin müalicəsin­də də tətbiq etməyə başlamışlar. 

Botoksun miqren xəstəliyinin müali­cəsində təsir mexanizmi sinirləri sıxan əzələlərin boşalmasına və bununla da sinirin rahatlamasına əsaslanır. 

Son olaraq qeyd edək ki, botoksun baş ağrısının müalicəsində təsiri bəzi xəstələrdə ilk dozadan son­ra, bəzi xəstələrdə isə 12 həftə sonra özünü büruzə verməyə başlayır. Bun­dan başqa, müalicədən faydalanan xəstələrdə effektiv nəticə üçün ildə 3 və ya 4 seans tətbiq edilməsi məsləhət gö­rülür. Sonrakı dövrdə prosedur xəstənin ehtiyaclarına uyğun olaraq 6 ay və ya daha uzun fasilələrlə təkrarlana bilər.

Migren botoksu zamanı xəstələrdə hər hansı fəsadların olması müşahidə edilməyib. Tətbiq olunan nahiyələrdə keçici ağrı, qızartı, müvəqqəti bel və baş ağrıları hiss oluna bilər. 

Amerika Qida və Dərman Admistra­siyası (FDA) botoksun miqrenin müa­licəsində effektivliyini təsdiq etmişdir. Botoks miqren xəstələri üçün digər dər­man müalicələri ilə müqayisədə ən az yan təsiri olan və ən effektiv üsullardan biridir.

Səadət RZAYEVA, “Xalq qəzeti”

Sosial həyat