62 yoluxma faktı qeydə alınıb

post-img

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 62 yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 830 min 918 nəfərin koronavirus infeksiya­sına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 216 nəfər müalicə olunaraq sağalıb, 10 min 217 nəfər və­fat edib. Aktiv xəstə sayı 485 nəfərdir.

Son sutkada yeni yoluxma halları­nın müəyyənləşdirilməsi ilə əlaqədar 1321, bu günə qədər isə ümumilikdə 7 milyon 578 min 265 test icra olunub.

“Xalq qəzeti”

Son xəbərlər